Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya dənizdə gəmiləri vurdu

Rusiya dənizdə gəmiləri vurdu

DÜNYA

38

23.11.2026, 19:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Silahlı Qüvvələri Qara dənizdə hərbi əməliyyat keçirib.

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Odesanın şərqindəki Qara dəniz sularında Ukrayna Silahlı Qüvvələri üçün ikili təyinatlı yük daşıyan  yük gəmisi vurulub",-deyə xəbərdə bildirilir.

Bundan əlavə, Rusiya hərbçiləri Merefa şəhəri yaxınlığında dəmir yolu lokomotivinə zərbə endiriblər. Müdafiə Nazirliyinin məlumatına görə, lokomotiv silah və hərbi texnikanın daşınması üçün istifadə olunurdu.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə kütləvi hücumu barədə məlumat verilib. Vilayət qubernatoru Yuri Slyusar bölgə üzərində 80-dən çox dron vurulduğunu bildirib. Rəsmi məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kamensk-Şaxtinski şəhərinə və bölgənin səkkiz rayonuna, o cümlədən Kamenski, Şoloxovski və Verxnedonski rayonlarına hücum edib.

Jalə