Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb
23 Noyabr 2026, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
111
23.11.2026, 15:35
“44 günlük Vətən müharibəsində vuruşmuşam, Şuşa uğrunda döyüşlərdə ağır yaralanmışam. Başımdan ciddi travma almışam, epilepsiya xəstəsiyəm, psixi sağlamlığımda problem var, ayağım nevroloji iflic olub. Bu qədər ağır problemlərə baxmayaraq əlil kimi aldığım pensiya kəsilib”.
Bu şikayətlə “Qafqazinfo”ya qazi Cəfərov Elxan Əlvan oğlu müraciət edib.
O bildirib ki, səhhətində olan problemlər işləməsinə imkan vermir. Ona daha əvvəl əlillik təyin olunub və 5 il pensiya alıb. Lakin avqust ayından bəri pensiyası kəsilib.
Problemlə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirildi ki, hazırda vətəndaşla bağlı göndəriş elektron sistemə daxil edilməyib: “Ağdam rayon sakini 1998-ci il təvəllüdlü Cəfərov Elxan Əlvan oğluna təyin olunan əlillik müddəti 26.08.2026-cı il tarixdə başa çatıb. Hazırda vətəndaşla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib. Şəxslə bağlı tibb müəssisəsi tərəfindən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək”.
Sənədin niyə sistemə daxil edilməməsi ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya isə belə cavab aldıq: “Vətəndaş Cəfərov Elxan Əlvan oğlunun əlillik məsələsi ilə bağlı müraciəti araşdırılıb.
Onun tibbi sənədləri və müayinələrinin nəticələri ilə obyektiv müayinə nəticələri arasında uyğunsuzluq olması səbəbindən Forma-88-in sistemə daxil edilməsi mümkün olmayıb. Bu barədə komissiya üzvləri tərəfindən pasiyent məlumatlandırılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə imtina aktı təqdim edilib”.
Qurumdan həmçinin bildirilib ki, imtina halı ilə bağlı məhkəməyə müraciət oluna bilər.
Qeyd edək ki, E.Cəfərov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
16:57 / 23 Noyabr 2026
26
16:55 / 23 Noyabr 2026
35
16:45 / 23 Noyabr 2026
259
16:41 / 23 Noyabr 2026
60
16:33 / 23 Noyabr 2026
64
16:27 / 23 Noyabr 2026
383
16:22 / 23 Noyabr 2026
68
16:19 / 23 Noyabr 2026
89
16:08 / 23 Noyabr 2026
105
15:55 / 23 Noyabr 2026
97
15:25 / 23 Noyabr 2026
105
15:06 / 23 Noyabr 2026
159
14:48 / 23 Noyabr 2026
1942
14:45 / 23 Noyabr 2026
117
14:42 / 23 Noyabr 2026
130
14:31 / 23 Noyabr 2026
375
14:17 / 23 Noyabr 2026
112
14:13 / 23 Noyabr 2026
234
14:10 / 23 Noyabr 2026
120
14:09 / 23 Noyabr 2026
156
14:06 / 23 Noyabr 2026
127
14:03 / 23 Noyabr 2026
129
13:45 / 23 Noyabr 2026
1518
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.