Qaynar xətt:

(+99450) 247 90 86

Mertz Ukrayna ilə bağlı nə düşünür?

Mertz Ukrayna ilə bağlı nə düşünür?

DÜNYA

42

23.11.2026, 19:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"The Guardian" qəzetinin məlumatına görə, Almaniya kansleri Fridrix Merts NATO-nun 2008-ci ildə Ukraynanı alyansa qəbul etməkdən imtina etməsini səhv adlandırıb.

"Əgər Ukrayna o vaxtlar NATO-ya qoşulsaydı, bu müharibənin qarşısı çox güman ki, alınardı",-deyə Mertz bildirib.

Merts həmçinin Fransa prezidenti Emmanuel Makronun Ukraynanın NATO üzvlüyü ilə bağlı müzakirələri yenidən açmaq təklifini dəstəkləyib. O hesab edir ki, bu məsələ mümkün sülh danışıqları kontekstində nəzərdən keçirilməlidir.

Bundan əvvəl Makron Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin və NATO üzvlüyü perspektivlərinin müzakirə edilməsinin vacibliyini bildirib.

Nigar