Qaynar xətt:

(+99450) 247 90 86

Bu xanımlara yüksək vəzifə verildi

Bu xanımlara yüksək vəzifə verildi

CƏMİYYƏT

106

23.11.2026, 12:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda iki dövlət kollecinə yeni direktor müavinləri təyin olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentliyin müvafiq əmri ilə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

Jalə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində riyaziyyat və informatika müəllimliyi üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində təhsil menecmenti üzrə magistratura təhsilini davam etdirir. O, əmək fəaliyyətinə 2021-ci ildə Laçın rayonunun Vəliuşaqlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi başlayıb. 2023–2024-cü illərdə Bərdə STEAM Mərkəzində rayon üzrə koordinator vəzifəsində çalışıb.

Kəmalə Əliyeva isə Bakı Dövlət Universitetində riyaziyyat üzrə bakalavr, ADA Universitetində təlimin və tədrisin təşkili və metodikası üzrə magistr təhsili alıb. O, 1995–2011-ci illərdə Salyan şəhərindəki 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2012–2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecində müxtəlif vəzifələrdə, o cümlədən müəllim, əyani şöbə müdiri və keyfiyyət təminatı şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Agentliyin məlumatına görə, Kəmalə Əliyeva peşəkar fəaliyyəti dövründə müxtəlif yerli və beynəlxalq təlim və konfranslarda iştirak edib, orta ixtisas təhsili sahəsində tədqiqat işlərinin müəllifi olub.