Qaynar xətt:

(+99450) 247 90 86

Aparıcının öldüyü qəzanın ŞOK TƏFƏRRÜATI: Ayıq sürücü sifariş edibmiş, amma... 

Aparıcının öldüyü qəzanın ŞOK TƏFƏRRÜATI: Ayıq sürücü sifariş edibmiş, amma... 

KRİMİNAL

530

23.11.2026, 18:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu24.com xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağı xahiş edib.

O, sürücünün xidmət haqqını da ödəyib. Lakin sonda onun tanışı Anar Kərimov ayıq sürücüdən imtina edib və aparıcını özünün aparacağını deyib. A.Kərimov ayıq sürücünü geri qaytarıb və özü sükan arxasına əyləşib. Restorandan ayrılandan təxminən 10-15 dəqiqə sonra onlar yüksək sürətlə qarşıda gedən DAF markalı yük avtomobilinə çırpılıblar. Hadisə nəticəsində sürücü və tanınmış aparıcı hadisə yerində dünyasını dəyişiblər (oxu.az).