Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb
23 Noyabr 2026, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
105
23.11.2026, 15:25
Bakı şəhərində yeni iqtisadi cazibə mərkəzləri formalaşdırılması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, uzun illər Bakıda iqtisadi fəaliyyət, məşğulluq və xidmətlər əsasən şəhər mərkəzində cəmləşib: "Bu, nəqliyyat infrastrukturuna artan təzyiq yaradıb, gediş-gəliş məsafələrini uzadıb, tıxaclara səbəb olub. Məqsədimiz yaşayış məhəllələrini, biznes fəaliyyətlərini, ictimai xidmətləri, kommersiya obyektlərini və istirahət məkanlarını bir araya gətirən yeni şəhər mərkəzləri yaratmaqdır".
Bununla belə, R.Qasımov deyib ki, polisentrik inkişaf sadəcə yeni rayonların salınması demək deyil: "Bu, yeni iqtisadi mərkəzlərin yaradılması, biznesin və investisiyaların cəlb edilməsi, məşğulluğun artırılması və şəhərimizin müxtəlif hissələrinin inkişaf potensialının üzə çıxarılması deməkdir. Ənənəvi olaraq şəhərsalma əhali artımına və iqtisadi tələbatın ödənilməsinə yönəlmiş fəaliyyət kimi qəbul edilib. Lakin düşünürəm ki, bu gün yanaşmamızı dəyişməliyik. Şəhərsalma təkcə iqtisadi artıma uyğunlaşmamalı, həm də onun formalaşmasına fəal şəkildə töhfə verməlidir".
"Yeni nəqliyyat bağlantısı bütöv rayonun potensialını üzə çıxara bilər. Düzgün planlaşdırılmış biznes mərkəzi yeni şirkətləri və sənaye sahələrini cəlb edə bilər. Keçmiş sənaye ərazilərinin bərpası isə investisiyalar və iqtisadi fəaliyyət üçün tamamilə yeni məkanlar yarada bilər. Bu elementlər düzgün şəkildə inteqrasiya olunduqda, əldə edilən nəticə fiziki inkişafdan daha böyük olur. Bu, daha güclü, şaxələndirilmiş, rəqabətqabiliyyətli şəhər iqtisadiyyatı formalaşması deməkdir. Bu gün Bakıda həyata keçirdiyimiz yanaşmanın əsasını da məhz bu istiqamət təşkil edir", - deyə Baş idarə rəisi əlavə edib.
Bundan başqa, şəhərsalma rəsmisi qeyd edib ki, Bakıda yaşayış, iş və xidmət məkanlarının bir-birinə yaxınlaşdırılması hədəflənir: "Transformasiya şəhər quruluşuna və mobilliyə fərqli yanaşma tələb edir. Şəhərlərin inkişafını yalnız yolların genişləndirilməsi və şəxsi avtomobillərin sayının artırılması əsasında davam etdirə bilmərik. Bizə inteqrasiya olunmuş ictimai nəqliyyat şəbəkələri, multimodal nəqliyyat bağlantıları və piyadalar üçün əlverişli məhəllələr lazımdır".
"Bununla yanaşı, nəqliyyatla torpaqdan istifadə arasındakı əlaqə də eyni dərəcədə vacibdir. İnsanlar iş yerlərinə, məktəblərə, xidmətlərə və istirahət məkanlarına daha yaxın yaşaya bilsələr, lazımsız səfərlərin sayı azalar, məhsuldarlıq artar və həyat keyfiyyəti yüksələr. Məhz buna görə də Bakı Baş Planında inteqrasiya olunmuş mobilliyin şəhər inkişafı ilə sıx əlaqələndirilməsinə böyük önəm verilir. Bu yanaşma tikinti və investisiya sektorları üçün də yeni imkanlar yaradır. Müasir şəhərsalma tək-tək binaların inşası və təcrid olunmuş infrastruktur layihələrinin həyata keçirilməsi ilə məhdudlaşmır. Bu sahə kompleks qarışıq təyinatlı layihələri, əlverişli şəhər mühitinin yaradılmasını, səmərəli mühəndislik həllərini və dayanıqlı tikinti texnologiyalarını tələb edir", - deyə o vurğulayıb.
16:57 / 23 Noyabr 2026
1
16:55 / 23 Noyabr 2026
16
16:45 / 23 Noyabr 2026
259
16:41 / 23 Noyabr 2026
56
16:33 / 23 Noyabr 2026
59
16:27 / 23 Noyabr 2026
339
16:22 / 23 Noyabr 2026
62
16:19 / 23 Noyabr 2026
84
16:08 / 23 Noyabr 2026
103
15:55 / 23 Noyabr 2026
96
15:35 / 23 Noyabr 2026
109
15:06 / 23 Noyabr 2026
159
14:48 / 23 Noyabr 2026
1926
14:45 / 23 Noyabr 2026
116
14:42 / 23 Noyabr 2026
130
14:31 / 23 Noyabr 2026
374
14:17 / 23 Noyabr 2026
112
14:13 / 23 Noyabr 2026
233
14:10 / 23 Noyabr 2026
118
14:09 / 23 Noyabr 2026
154
14:06 / 23 Noyabr 2026
124
14:03 / 23 Noyabr 2026
127
13:45 / 23 Noyabr 2026
1502
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.