Yaxın Şərqin taleyi NECƏ OLACAQ?
02 Noyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
300
15.09.2026, 22:14
İran və Ermənistan ticarət əlaqələrini dərinləşdirmək məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd keçidlərinin sürətləndirilməsi istiqamətində mühüm addımlar atıb. Tərəflər Norduz-Mehri sərhəd-keçid məntəqəsində “yaşıl dəhliz” mexanizminin tətbiqi və elektron məlumat mübadiləsinə keçidlə bağlı rəsmi protokol imzalayıblar. Bu razılaşma hər iki ölkə arasında mal dövriyyəsinin həcmini artırmaqla yanaşı, Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsində yeni reallıqlar formalaşdırır. Xüsusilə regional ticarət yollarının şaxələnməsi fonunda atılan bu addımın Azərbaycanın tranzit mövqeyinə və ümumi geosiyasi vəziyyətə təsirləri diqqət mərkəzindədir.
Məsələ ilə bağlı politoloq Əli Mustafa Oxu24.com-a açıqlama verib.
Politoloq Əli Mustafa: "Azərbaycanın əsas tranzit roluna ciddi təsiri yoxdur"
Politoloq bildirib ki, İran və Ermənistan arasındakı iqtisadi və ticarət əlaqələri onsuz da mövcuddur və Mehri üzərindən mütəmadi olaraq keçidlər həyata keçirilir. Hazırkı protokol bu proseslərin sadələşdirilməsinə və sərhəd keçidlərinin sürətləndirilməsinə xidmət edir:
"Sadəcə olaraq indi bu prosesləri, prosedurları sadələşdirməklə və sərhəd keçidinin sürətləndirilməsini təmin etməklə bir növ ticarət əlaqələrini daha da gücləndirməyi düşünürlər".
Politoloq qeyd edib ki, bu prosesdə Rusiya amili də mühüm rol oynayır. Ermənistan daxilindəki müəyyən problemlər fonunda Rusiya ilə münasibətləri tənzimləmək üçün İrandan bir növ təzyiq vasitəsi kimi istifadə etməyə çalışır:
“Ermənistan düşünür ki, İranla əlaqələri genişləndirməklə Rusiya qarşısında yaranan müəyyən geosiyasi problemləri İran üzərindən balanslaşdıra bilər. İran və Ermənistan üzərindən Gürcüstana, Qara dənizə və Avropaya çıxış marşrutunun reallaşdırılması istənilir, lakin bunun üçün böyük maliyyə vəsaiti və tunel, körpü tikintisi tələb olunur”.
Politoloqun fikrincə, bu layihələrin Azərbaycanın əsas tranzit imkanlarına ciddi bir mənfi təsiri yoxdur, çünki əsas yükdaşımalar və beynəlxalq dəhlizlər yenə də Azərbaycan üzərindən daha sərfəli şəkildə həyata keçirilir.
Əli Mustafa əlavə edib ki, Ermənistandan Gürcüstana gedən nəqliyyat yolunun üzərindəki dağlıq ərazilər, mürəkkəb relyef və böyük maliyyə xərcləri bu istiqamətin reallaşmasını çətinləşdirir. Buna baxmayaraq, tərəflərin əldə etdiyi "yaşıl dəhliz" razılaşması onların ikitərəfli iqtisadi tərəfdaşlığını daha da dərinləşdirəcək.
Çimnaz Telmanqızı
22:25 / 02 Noyabr 2026
10
22:22 / 02 Noyabr 2026
25
22:18 / 02 Noyabr 2026
35
22:09 / 02 Noyabr 2026
40
22:08 / 02 Noyabr 2026
44
22:06 / 02 Noyabr 2026
91
21:43 / 02 Noyabr 2026
1184
21:39 / 02 Noyabr 2026
82
21:38 / 02 Noyabr 2026
44
21:30 / 02 Noyabr 2026
66
21:30 / 02 Noyabr 2026
96
21:19 / 02 Noyabr 2026
77
21:13 / 02 Noyabr 2026
75
21:13 / 02 Noyabr 2026
91
21:06 / 02 Noyabr 2026
194
21:01 / 02 Noyabr 2026
93
21:00 / 02 Noyabr 2026
118
20:47 / 02 Noyabr 2026
96
20:36 / 02 Noyabr 2026
182
20:34 / 02 Noyabr 2026
127
20:26 / 02 Noyabr 2026
1880
20:23 / 02 Noyabr 2026
106
20:22 / 02 Noyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.