Qaynar xətt:

(+99450) 247 90 86

Bu kənddə 3 gündür İŞIQ YOXDUR 

Bu kənddə 3 gündür İŞIQ YOXDUR 

CƏMİYYƏT

203

02.11.2026, 20:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gədəbəy rayonunun bu kəndində 3 gündür ki,işıq yoxdur.

Bu barədə Oxu24.com-a rayonun Günəşli kənd sakinləri bildirib.

Vətəndaşların sözlərinə görə,bu gün də daxil olmaqla kənddə işıq yoxdur.

"Sözümüzü kimə deyək,bilmirik.3 gündür ki,kənd qaranlıqdadır.Bizə deyirlər ki,guya kəndin transformatorunu ildırım "vurub".Boş vədlər versələr də iş görən yoxdur",-deyə kənd sakinləri bildirib.

Qeyd edək ki,kəndin keçmiş adı Ayıkənd olub. Yaşayış məntəqəsini Qazax rayonunun Ağköynək kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Sovetkənd adı ilə tanınmışdır.

 Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilib. 

Nigar