Qaynar xətt:

(+99450) 247 90 86

Hellouin geyimi sosial şəbəkələrdə lağa qoyuldu - Video

Hellouin geyimi sosial şəbəkələrdə lağa qoyuldu - Video

DÜNYA

95

02.11.2026, 20:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hellouin bayramı münasibətilə “Harri Potter” filmindəki Hoqvarts məktəbinin direktoru Albus Dambldorun geyimində görüntülənib.

Oxu24.com  xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Yayılan kadrlarda Vens iyul ayında dünyaya gələn kiçik oğlu Aleki qucağında saxlayır. Vitse-prezident uzun, ağarmış parik və sehrbaz mantiyası geyinib. Oğlu isə uzun qulaqlı papaq taxaraq “Harri Potter”in ev elfi Dobbini canlandırıb.

“Salam, uşaqlar! Bu, vitse-prezident Dambldor və balaca elf Dobbidir. Hellouin bayramınız mübarək! Əylənin, ehtiyatlı olun və çoxlu şirniyyat yeyin”, – deyə Vens bildirib.

Lakin sosial şəbəkə istifadəçilərinin buna reaksiyası birmənalı olmayıb. Onlar vitse-prezidentin geyimini ələ salaraq onun yeni antirekordlara imza atdığını yazıblar.

Xatırladaq ki, Vensin parik geyinməsi ilk hal deyil, belə ki, internetdə onun analoji obrazlarda olan köhnə fotoları yenidən gündəmə gəlib və şəbəkədə “Bu adam heç vaxt prezident ola bilməyəcək” kimi şərhlər yazılıb.Qafqazinfo