Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
541
15.09.2026, 15:23
Azərbaycan ilə Gürcüstanın muxtar respublikası olan Acarıstan arasında iqtisadi, turizm və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensial mövcuddur. Acarıstan hökumətinin rəhbərinin Azərbaycanla əlaqələrə xüsusi önəm verməsi iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir. Bəs bu əlaqələr regionda hansı yeni reallıqlar yaradır və Cənubi Qafqazdakı güc balansına necə təsir göstərir?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Oxu24.com-a açıqlamasında bildirib ki, Acarıstan Gürcüstanın tərkibində muxtar respublikadır və Azərbaycan birbaşa Gürcüstanda onun subyektləri ilə də iqtisadi, turizm, humanitar, mədəni şəkildə əlaqələr inkişaf etdirir. Bu müstəvidə də Azərbaycan Acarıstanla əlaqələrini inkişaf etdirəcək.
Onun sözlərinə görə, bütövlükdə bu, Azərbaycanın Cənubi Qafqazda əsas güc sahibi olduğunu göstərir, çünki Azərbaycan regionda yeni bir geosiyasət nizam yaradıb və orta gücdür, bu prosesləri də idarə edir:
“Ona görə də təkcə Gürcüstan hökuməti ilə deyil, onun subyekti olan Acarıstanla da əlaqələr qurulur; mədəni şəkildə, iqtisadi və turizm istiqamətində əməkdaşlıq gücləndirilir”.
Politoloq qeyd edib ki, Azərbaycanla Batumi arasında sıx gediş-gəliş mövcuddur, həmçinin orada oxuyan azərbaycanlı tələbələr və investisiya qoyan Azərbaycan vətəndaşları var:
“Acarıstan da Gürcüstanın inkişaf etmiş əsas regionlarından biridir və bu müstəvidə Azərbaycanın buraya diqqət ayırması xüsusi əhəmiyyət kəsb edir.
Düşünürəm ki, bundan sonra da bu əlaqələri inkişaf etdirmək üçün geniş potensial var və Azərbaycan üzərinə düşən öhdəlikləri həyata keçirməkdədir”.
“Acarıstan da getdikcə inkişaf edir; onun böyük turizm imkanları, investisiya mühiti və iqtisadi imkanları Azərbaycanın da bu müstəvidə Gürcüstana, xüsusilə Acarıstana diqqət ayırmasına gətirib çıxarır”,- deyə Məhəmməd Əsədullazadə əlavə edib.
Çimnaz Telmanqızı
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:39 / 02 Noyabr 2026
72
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.