Ermənistan həmin şəxsi Azərbaycana verdi
26 Oktyabr 2026, 15:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
211
02.09.2026, 11:28
Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu göndərib.
Oxu24.com xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri,
Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.
Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
16:30 / 26 Oktyabr 2026
34
16:17 / 26 Oktyabr 2026
53
16:08 / 26 Oktyabr 2026
98
15:57 / 26 Oktyabr 2026
61
15:50 / 26 Oktyabr 2026
159
15:48 / 26 Oktyabr 2026
73
15:44 / 26 Oktyabr 2026
115
15:41 / 26 Oktyabr 2026
73
15:37 / 26 Oktyabr 2026
65
15:34 / 26 Oktyabr 2026
73
15:28 / 26 Oktyabr 2026
67
15:19 / 26 Oktyabr 2026
135
15:10 / 26 Oktyabr 2026
94
15:07 / 26 Oktyabr 2026
159
15:03 / 26 Oktyabr 2026
784
14:59 / 26 Oktyabr 2026
70
14:30 / 26 Oktyabr 2026
75
14:25 / 26 Oktyabr 2026
186
14:24 / 26 Oktyabr 2026
75
14:18 / 26 Oktyabr 2026
81
14:14 / 26 Oktyabr 2026
78
14:06 / 26 Oktyabr 2026
1261
14:04 / 26 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.