Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
283
24.08.2026, 13:52
Prezident İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi bu təsisatın münasibətlərin strateji istiqamətlərini sistemli şəkildə müəyyən edən əsas mexanizmlərdən birinə çevrildiyini göstərir.
Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun fikrincə, bu il iki ölkə arasındakı siyasi müttəfiqlik artıq konkret iqtisadi nəticələrlə müşayiət olunur:
"Yeni mərhələdə Azərbaycan kapitalının Özbəkistanda iştirakı xüsusilə diqqətçəkəndir. Bankçılıq, tikinti, şəhərsalma, enerji, sənaye, kənd təsərrüfatı, təhsil və turizm kimi müxtəlif sahələrdə Azərbaycan şirkətlərinin layihələri həyata keçirilir.
Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsini regional kontekstdən ayrı təsəvvür etmək mümkün deyil. Bu yanaşma Azərbaycan-Özbəkistan münasibətlərinə ikitərəfli əlaqələrdən daha geniş məna verir. Azərbaycan Cənubi Qafqazı, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm hissəsini təmsil edərək Orta Dəhliz, ticarət, logistika və enerji bağlantılarının inkişafında bir-birini tamamlayan tərəfdaşlara çevrilirlər".
Deputatın sözlərinə görə, münasibətlər təhsil, elm və humanitar sahələrdə də dərinləşməkdədir:
"Bu istiqamətdə STEAM məktəblərinin açılması xüsusilə diqqətəlayiqdir. Çünki müasir dövrdə dövlətlərarası münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri gənclərin, elm və təhsil müəssisələrinin qarşılıqlı əlaqəsidir.
Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələndirilməsi, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində qurur. Xüsusilə, "C5-dən C6-ya keçid" Azərbaycanın regional rolunun yeni mərhələsini göstərir".
00:15 / 03 Noyabr 2026
1
00:06 / 03 Noyabr 2026
36
23:44 / 02 Noyabr 2026
54
23:39 / 02 Noyabr 2026
63
23:38 / 02 Noyabr 2026
36
23:37 / 02 Noyabr 2026
80
23:32 / 02 Noyabr 2026
74
23:28 / 02 Noyabr 2026
74
23:24 / 02 Noyabr 2026
72
23:19 / 02 Noyabr 2026
107
23:12 / 02 Noyabr 2026
81
23:05 / 02 Noyabr 2026
98
23:05 / 02 Noyabr 2026
95
22:55 / 02 Noyabr 2026
225
22:48 / 02 Noyabr 2026
190
22:44 / 02 Noyabr 2026
84
22:27 / 02 Noyabr 2026
105
22:25 / 02 Noyabr 2026
100
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
101
22:09 / 02 Noyabr 2026
84
22:08 / 02 Noyabr 2026
93
22:06 / 02 Noyabr 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.