Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Oruc: "Zəfərdən Vaşinqtona - Qafqazın yeni geosiyasi xəritəsi cızılır”..  

Zahid Oruc: \"Zəfərdən Vaşinqtona - Qafqazın yeni geosiyasi xəritəsi cızılır”..  

SİYASƏT

72

08.08.2026, 12:49

8 Noyabr 2020-dən 8 Avqust 2025-ə uzanan yol Azərbaycanın qazandığı iki əsrlik tarixi  uğur olmaqla bərabər,  Cənubi Qafqazın əvvəlki geosiyasi nizamdan yeni siyasi arxitekturaya keçid tarixidir. Vaşinqtonda rəsmiləşən Qələbə hərbi meydanda ordumuzun nail olduğu qalibiyyəti tanıtdırmaqla yanaşı, Qarabağdan sonra ölkəmizin qarşısında Zəfəri davamlı sülhə və regional liderliyə çevirməyə nail oldu.

Bunu Oxu24.com-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Otuz ilə yaxın davam edən işğalın sona çatması ilə Azərbaycan “dondurulmuş münaqişə”, “status-kvo”, “həll olunmamış Qarabağ problemi” kimi ifadələr çox yüzillik mənasını itirdi və yeni geosiyasi inqilabın nəticəsində qalib reallıq formalaşdı.

2020-ci il Zəfərindən sonra qarşıda duran əsas sual hərbi qələbəni siyasi nailiyyətə və davamlı sülhün təmiunatına yönəltmək idi. Prezident İlham Əliyevin liderliyi ilə aparılan savaş nəticəsində 2023-cü ildə Qarabağda suverenliyin tam bərpası ilə münaqişənin hərbi-siyasi əsasları aradan tamamilə aradan qalxdı. 

Lakin müharibə bitdikdən sonra ATƏT Minsk Qrupunun ləğvi nəticəsində ənənəvi inhisarçı qüvvələr moderatorluq vasitəsilə regionda öz mövqelərini, yaxud işğal və separatizm üçün rüşeymləri qoruyub saxlamağa çaışırdılar. Lakin 8 Avqust Vaşinqton Zirvəsi Qələbəmizin tanınması və ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına vəsilə oldu.

Qələbəmizin dünyanın bir nömrəli hərbi-siyasi gücü olan ABŞ-da qəbul edilməsi Azərbaycanın xarici siyasətinin ən böyük uğuru, misilsiz tarixi hadisədir. Ölkəmizin Xəzər dənizinə çıxışı, enerji resursları, Türkiyə ilə strateji müttəfiqliyi, Mərkəzi Asiya ilə əlaqələri, Orta Dəhlizin əsas halqalarından birinə çevrilməsi və regional təhlükəsizlikdə artan rolu ölkənin geosiyasi çəkisini yüksəldib.

Ona görə də 8 avqust 2025-ci il tarixi həm də Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə Barak Obama dövründən başlayaraq pisləşən və Bayden administrasiyası dövründə kəskinləşən Bakı-Vaşinqton münasibətləri yeni zirvələrə daşımağa imkanlar yaratdı. Enerji əməkdaşlığından Orta Dəhlizə, rəqəmsal texnologiyalardan süni intellektə, kibertəhlükəsizlikdən müdafiə sahəsinə, kritik minerallardan investisiyalara qədər geniş istiqamətlər vahid strateji gündəliyə daxil edilir.

Göründüyü kimi, imzalanan ikitərəfli sənədlər Qələbəmizdən sonra dövlətimizin qurduğu yeni geosiyasi arxtekturaya uyğundur.

ABŞ vitse-prezidenti Ceyms Vensin ölkəmizə səfəri Vaşinqtonun Bakı ilə münasibətlərində yeni siyasi və strateji məzmunun formalaşdığını göstərən mühüm addımlardan biridir. Ağ Ev siyasi elitası məhz Bakının təşəbbüslərinə əhəmiyyət verməklə regional sabitliyi və təhülkəsizliyi təmin edir. Vaşinqton Cənubi Qafqazı Rusiyanın maraq zonası kimi qəbul etmir, əksinə Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi və nəqliyyat məkanının mühüm komponenti-TRİP marşrutu vasitəsilə dəyişən yeni regional  strateji məkan kimi görür. Deməli, Bakı ilə Vaşinqton arasında əməkdaşlıq nə qədər dərinləşirsə, Azərbaycanın regiondakı strateji çəkisi də bir o qədər artır.

Ona görə də ABŞ-Azərbaycan arasında Strateji Xartiya Cənubi Qafqazda sülhün və barışın təminatına xidmət edən, üçüncü ölkələrə qarşı alyans xarakteri daşımayan və   regionun gələcəyini müəyyənləşdirəcək əsas kommunikasiyaların açılmasına böyük miqdarda investisiyaları təmin edən müttəfiqlik platformasıdır. 

Təəssüflər olsun ki, hazırda İran və Rusiya ətrafında qlobal trəhülkəsizlik böhranı yerləşdiyimiz bölgəyə bir çox risqlər vəd edir. Lakin Qarabağda sülh və ABŞ-la müttəfiqlik münasibətləri davamlı sabitliyəı zəmanət verir.

Heç bir qonşu ölkə Azərbaycanın yürütdüyü siyasətə qarşı çıxa bilmir. Çünki təkcə rəsmi Bakının irəli sürdüyü yeni xarici siyasət hədəfləri Yaxın Şərq, Cənubi Qafqaz və Orta Asiya, eləcə də bütün Avrasiya məkanında sülhə töhfələr verir.

Azərbaycanın diplomatik məharəti ondan ibarətdir ki, yeni tərəfdaşlıqlar heç bir regional gücə qarşı düşmənçilik platformasına çevrilmir. Bakının marağı qarşıdurma yaratmaq yox, özünün strateji əhəmiyyətini artırmaqdır. Cənubi Qafqaz yenidən böyük dövlətlərin rəqabət meydanına dönməyəcək.

Strateji Tərəfdaşlıq Xartiyası – Azərbaycanın ABŞ ilə münasibətlərinin yeni, çoxsahəli mərhələyə keçməsi deməkdir. Cənubi Qafqazın yeni xəritəsi artıq çəkilir. Vaşinqtonla formalaşan strateji tərəfdaşlıq isə həmin prosesin daha geniş beynəlxalq müstəviyə çıxmasının göstəricisidir.

Azərbaycanın qarşısında tarixi imkan var: Qafqazı münaqişələrin hök sürdüyü məntəqədən bağlantılar coğrafiyasına, rəqabət meydanından əməkdaşlıq məkanına çevirməkdir.

Miri Məcidli