"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
315
19.09.2026, 17:07
Qədim yaşayış məskənlərindən olan Tovuz rayonu zəngin tarixi ilə yanaşı adı ilə də diqqət çəkir. Təbii ki, ilk baxışdan çox sadə görünür: çoxumuz bu rayonun adını təbiətin ən gözəl quşlarından olan tovuzquşu ilə əlaqəli olduğunu bilmişik. Amma belə deyilmiş.
Bu barədə sonra, hələlik müasir dövrümüzdə, xarakterik insanları, alimləri, şairləri, igidləri ilə ad qazanan rayonumuz görək keçmişində nələr yaşayıb.
Tovuz ərazisində Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan süxurlar, antik Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir.
Rayonun Yanıqlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, X əsrdə Tovuz çayı üzərində salınmış körpü, karvansaranın qalıqları mövcuddur. XIX əsrdə Tovuz şəhərində tikilmiş yaşayış binaları, kəhriz, yeraltı suvarma kanalı və su qülləsi, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qala qalıqları və XVII əsrdə inşa edilmiş Şah Abbas məscidi, Düzqırıqlı kəndində XIX yüzilə aid Hacı Bağır Məscidini Kirzan məbədi də rayonun zəngin və rəngarəng tarixinin bir parçasıdır.
Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə variant məlumdur, onlardan biri "Tau Ok uz" qədim Hun türkcəsindən tərcümədə "Dağ tayfalarıyıq" mənasını verir; ikincisi, "Tau ust" qala Hun türkcəsindən tərcümədə "Dağ üstündə yerləşən qala" mənasını verir.
Sual oluna bilər ki, hunlar Tovuza nə vaxt gəliblər, tarixin hansı qatı onları qovuşdurur?
Hunların Qafqaz istiqamətində görünməsi əsasən IV-V əsrlərə aid edilir. IV əsrin sonlarından hunlar Şimali Qafqaz ətrafında görünməyə başlayır. Əsasən hündür yerlərdə məskunlaşan bu döyüşkən xalq dağlarda yerləşən "Tauust"-un (Tovuzqala) da yaradıcılarıdır. Qalanın xarabalığı hələ də qalmaqdadır. Bundan başqa qədim Hunan şəhərini qorumaq üçün dağın ətrafında kiçik gözətçi qalalar salıblar, onları isə "Karavul qala" adlandırırdılar.
Avrasiyanı “qanadının altına alan” Tovuz
Maraqlı bir faktı da qeyd edək ki, Tovuz toponiminin yayılma arealı olduqca genişdir. Başqırdıstanda Tovuş adlı çay və kənd, Qazaxıstanda Tous, Perm vilayətində Tauş, Cənubi Azərbaycanda Taus yaşayış məntəqələri mövcuddur. Bu bir daha göstərir ki, toponim əsl türk kökənlidir və türk toplumunun olduğu hər yerdə də bu addan geniş istifadə olunur.
Müasir Tovuz yaşayış məntəqəsi kimi 1812-ci ildə alman köçkünləri tərəfindən salınaraq Traubenfeld ("Üzüm sahəsi") adlandırılıb. Tovuz 1935-ci ildən şəhər tipli qəsəbə, 1947-ci ildən şəhər statusunu alıb.
Tarixi Zəfərə təkan verən şəhər
“Tovuz” adı mərdliyi, cəsarəti və döyüşkənliyi ilə seçilən hunlar kimi qədim türk toplumlarının ruhu ilə bağlı olaraq əsrlərdən bu günə gəlib çatıb. Döyüşkən ruhu, qətiyyətli və barışmaz mövqeni ifadə edən bu ad, Tovuzun əhalisinin adət-ənənələri, yaşam tərzi, igidliyi və milli-mənəvi dəyərləri ilə bütövlükdə səsləşir.
Təsadüfi deyil ki, 2020-ci ilin iyulunda taleyinə ta qədimdən döyüşkənlik yazılmış Tovuz Azərbaycan-Ermənistan sərhədində baş verən ağır döyüşlərin əsas məkanlarından birinə çevrildi. Tovuz döyüşləri xalqımızın milli həmrəyliyini və mübarizə əzmini daha da gücləndirdi, həmin ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinə gedən yolda mühüm hadisələrdən biri kimi tarixə düşdü və Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşdı.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.