Azərbaycanda koronavirus təhlükəsi varmı? - HƏKİM DANIŞIR
03 Noyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
270
19.09.2026, 20:30
İnsan sağlamlığında böyrəklərin rolu əvəzedilməzdir və onlarda yaranan hər hansı bir patologiya ümumi orqanizmə təsir göstərə bilər. Son illərdə vətəndaşlar arasında ultrasəs müayinəsi zamanı tez-tez rast gəlinən problemlərdən biri də məhz böyrək kistalarıdır. Bir çox xəstələr bu kistaların arterial təzyiqin yüksəlməsinə səbəb olub-olmadığı ilə maraqlanırlar. Mütəxəssislər bu suala cavab verərkən kistaların ölçülərinin və xarakterinin həlledici rol oynadığını bildirirlər.
Oxu24.com olaraq həkimin bu barədə səsləndirdiyi vacib fikirləri oxucularımıza təqdim edirik.
Mövzu ilə əlaqədar suallarımızı cavablandıran kardioloq Aynur Məmmədova böyrək kistaları ilə təzyiq artımı arasındakı səbəb-nəticə əlaqələrindən ətraflı bəhs edib.
Xırda ölçülü kistalar təzyiqə təsir edirmi?
Həkimin sözlərinə görə, adətən xırda ölçülü kistalar təzyiqin qalxmasına səbəb olmur. Bu cür hallar əksər hallarda təsadüf aşkar olunan ultrasəs müayinələrində üzə çıxır. Belə xəstələrə həkimlər tərəfindən dinamik müşahidə tövsiyə edilir.
Həkim qeyd edib ki, lakin vəziyyət iri ölçülü kistalarda fərqli ola bilər:
“İri ölçülü kistalar bəzən böyrək parankimasını sıxaraq orqanın qan azlığı çəkdiyinə dair siqnal ötürməsinə səbəb olur. Bu zaman orqanizmdə renin-angiotensin sistemi aktivləşir və nəticədə arterial təzyiq qalxır.
Bundan əlavə, anadangəlmə, böyrək borucuqlarından (nefronlardan) keçən irsi xəstəliklər də mövcuddur ki, bunlara böyrəyin polikistoz xəstəliyi daxildir. Bu cür hallarda xırda-xırda çoxsaylı kistalar əmələ gəlir və eyni zamanda böyrək parankimasına az qan çatdığı üçün renin-angiotensin sistemi yenə aktivləşərək təzyiqin yüksəlməsinə yol açır”.
Hansı müayinələr aparılmalıdır?
Aynur Məmmədova vurğulayıb ki, istənilən halda əgər insan böyrəyində kista aşkarlanarsa, müəyyən analizlər mütləq verilməlidir. Bunlara aşağıdakılar daxildir:
•Sidiyin analizi (zülal olub-olmamasını yoxlamaq üçün).
•Kreatinin müayinəsi.
Əgər kista kiçik ölçülüdürsə, o zaman həmin xəstələr eyni zamanda kontrol-dinamik olaraq nəzarətdə saxlanılmalı və mütəmadi müşahidə aparılmalıdır.
Jalə
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.