"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
479
19.09.2026, 20:09
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əsginaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb.
Oxu24.com xəbər verir ki, bunu Milli.az-a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, 250 manatlıq əsginas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəfə dövriyyəyə buraxılıb.
"Əsginas dövlətin sifarişi ilə Fransa Mərkəzi Bankında çap olunub. Digər köhnə Azərbaycan əsginaslarında olduğu kimi, 250 manatlığın da dizaynını görkəmli xalçaçı rəssam Eldar Mikayılzadə hazırlayıb. Dizaynda əsasən xalça motivlərindən istifadə olunub", - F.Məmmədov deyib.
Numizmat qeyd edib ki, 250 manatlıq əskinasın ölçüləri 63x125 millimetrdir. Əsginasın ön hissəsində "Qız qalası", "Azərbaycan Milli Bankı" yazısı, nominal dəyər və seriya nömrələri əks olunub. Arxa hissədə isə milli ornamentlərlə haşiyələnmiş xalçaşəkilli çərçivənin daxilində Azərbaycan Milli Bankının təsviri yer alıb.
"Bu əsginaslar 2006-cı ildə denominasiya aparıldıqdan sonra dövriyyədən çıxarılıb. Hazırda adi, dövriyyədə olmuş, lakin ciddi xarici qüsurları, ləkələri və qat izləri olmayan nümunələrə Bakıda təxminən 1-2 manat qiymət qoyulur. Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə tələb-təklifdən asılı olaraq 4-10 manat arasında dəyişir", - deyə numizmat vurğulayıb.
F.Məmmədovun sözlərinə görə, 250 manatlıq əsginası kolleksiyaçılar üçün daha dəyərli edən əsas amillərdən biri onun vəziyyətinin yaxşı səviyyədə olması ilə yanaşı, unikal seriya nömrəsinə və ya ciddi çap xətasına malik olmasıdır.
"Kolleksiyaçılar əsasən təkrəqəmli, ikirəqəmli, radar seriyalı, aşağı seriyalı və xüsusilə də droblu prefiksə malik, ilk partiyadan olan nümunələrə üstünlük verirlər", - deyə o qeyd edib.
Numizmat eBay hərracında yaxın vaxtlarda satılan 250 manatlıq əsginası buna nümunə göstərib.
"Bu əsginas qısa müddət dövriyyədə olub. Onun əsas üstünlüyü drob prefiksə malik olması və 725-ci buraxılışdan olmasıdır. Bu, aşağı seriyalı əsginas hesab olunur və kolleksiyaçıların arzuladığı nümunələrdəndir", - F.Məmmədov bildirib.
Onun sözlərinə görə, almaniyalı satıcının hərraca çıxardığı həmin 250 manatlıq əsginas 169 avroya, Azərbaycan valyutası ilə təxminən 329 manata satılıb.
"Əsginasın beynəlxalq sertifikasiyadan keçməsi də onun qiymətinə əlavə üstünlük verir. Məsələn, bir müddət əvvəl Bakıya dövriyyəyə buraxılmamış və PMG tərəfindən sertifikatlaşdırılmış 250 manatlıq əsginas gətirilmişdi. Həmin nümunənin qiyməti 120 manat idi", - deyə F.Məmmədov əlavə edib.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.