Prezident Ukrayna ilə bağlı QANUNU İMZALADI
12 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
376
04.08.2026, 20:35
Son illərdə Azərbaycanın təhlükəsizlik mühiti göstərir ki, ölkəmizə qarşı təsir mexanizmləri klassik casusluq fəaliyyəti ilə məhdudlaşmır. Radikal dini qruplar, informasiya şəbəkələri, xaricdə yaşayan siyasi mühacirlər, sosial media platformaları və müxtəlif qeyri-hökumət strukturları üzərindən həyata keçirilən əlaqəli təsir əməliyyatları hibrid müharibənin yeni elementlərinə çevrilib.
Oxu24.com məliyyat məkanı kimi Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin fəaliyyət qərargahların yaradılması və onların müxtəlif siyasi kampaniyalarda istifadə olunması ayrıca təhlükəsizlik problemidir.
Azərbaycanın son illərdə əldə etdiyi siyasi, hərbi və diplomatik uğurlar, xüsusilə də ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizə qarşı istifadə olunan təsir vasitələrinin xarakterini də dəyişdirib. Əgər əvvəl əsas diqqət hərbi-siyasi təzyiqlərə yönəlirdisə, indi informasiya mühiti, sosial şəbəkələr, beynəlxalq media və xaricdə fəaliyyət göstərən müxtəlif siyasi qruplar üzərindən təsir imkanları daha çox diqqət çəkir.
Ölkəmizin peşəkar təhlükəsizlik orqanlarının hesabatlarında və bəzi beynəlxalq araşdırmalarda xarici xüsusi xidmət orqanlarının, o cümlədən İranla əlaqəli strukturların xaricdə yaşayan mühacir və siyasi miqrantlarla əlaqələr qurmağa çalışdığı barədə məlumatlar
mövcuddur. Belə fəaliyyətlərin əsas məqsədlərindən biri ictimai rəyin antidövlət və antimilli maraqlar üzərində formalaşdırılması, insan hüquqları, dini azadlıqlar və demokratik institutlarla bağlı müzakirələrin geosiyasi alətə çevrilməsi təşkil edir.
Beynəlxalq münasibətlər praktikası göstərir ki, dini-siyasi mühacir qrupları əsasən xarici dövlətlərin informasiya siyasətinin tərkib hissəsi kimi çalışır. Son illərdə Avropa ölkələrində Rusiya, İran, Çin və digər dövlətlərlə bağlı aparılan araşdırmalarda da xarici təsir əməliyyatları, diaspor strukturları və informasiya şəbəkələri təhlükəsizlik gündəliyinin mühüm mövzularından biri kimi qiymətləndirilir.
44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı istifadə olunan vasitələr də dəyişib. Azərbaycanın təhlükəsizlik orqanlarının açıqlamaları, son illərdə aparılan cinayət işləri və ictimaiyyətə tıqdim olunan mühüm materiallar İranla əlaqəli kəşfiyyat şəbəkələrinin Avropada yaşayan bəzi siyasi mühacirlərlə əlaqələr qurmağa, onları müxtəlif təsir və informasiya əməliyyatlarında istifadə etməyə çalışdığının inkaredilməz sübutudur.
Təcrübə göstərir ki, xarici xüsusi xidmət orqanları yalnız öz agent şəbəkələri ilə işləmir, müxtəlif səbəblərdən ölkələrini tərk etmiş şəxslərə, siyasi mühacirlərə, radikal dini dairələrə, media fəallarına və sosial şəbəkə təsirçilərinə də maraq göstərirlər. Onlardan hərbi sirr əldə etməkdən daha çox, informasiya mühiti formalaşdırmaq, dövlət institutlarına inamı zəiflətmək, beynəlxalq təşkilatlarda siyasi təzyiq yaratmaq və ölkə daxilində ictimai fikrin parçalanmasını təmin etməkdir.
Londonda Azərbaycanın səfirliyinə qarşı 2022-ci ildə Mehdinin Xidmətçiləri İttifaqı adlı transmilli təşkilatın əli ilə törədilən hücum göstərdi ki, radikal dini şəbəkələr, informasiya platformaları və siyasi motivli qruplar koordinasiyalı şəkildə fəaliyyət göstərir. Hadisə yalnız diplomatik nümayəndəliyə qarşı hüquqazidd əməl deyildi. O, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa hesablanan hibrid qəsd idi. Qərb-Azərbaycan, Qərb-Türkiyə münasibətləri fonunda bir neçə dövlətin gizli əli və o dövrdə İranın ölkəmizə qarşı fitnəkalığı hadisədə mühüm rol oynamışdı.
Xaricdə yaşayan siyasi mühacir, bloqer, ictimai fəal və ya sosial media istifadəçisi belə müəyyən geosiyasi məqsədlər üçün istiqamətləndirilə bilər. Təcrübə göstərir ki, insan hüquqları, dini etiqad azadlığı və demokratik dəyərlər kimi universal prinsiplər legitim hüquq müdafiəsi fəaliyyətindən kənara çıxarılaraq geosiyasi təsir alətinə çevrilir.
Qələbəmizdən sonra Azərbaycanın milli təhlükəsizliyi yalnız sərhədlərin, hərbi obyektlərin və dövlət sirrinin qorunması ilə məhdudlaşmır. Xarici xüsusi xidmət orqanlarının təsir əməliyyatları, siyasi mühacirlərdən istifadə cəhdləri, informasiya manipulyasiyası, radikal dini şəbəkələrin fəallaşdırılması və ictimai rəyə yönələn koordinasiyalı kampaniyalar da təhlükəsizlik mühitinin ayrılmaz hissəsidir. Buna görə dövlətimizin cavabı da yalnız hüquq-mühafizə tədbirləri ilə bitmir diplomatik fəaliyyət, strateji kommunikasiya, əks-kəşfiyyat, informasiya təhlükəsizliyi və milli həmrəyliyin gücləndirilməsi ilə kompleks şəkildə qurulur.
Eyni zamanda, xaricdə yaşayan milyonlarla azərbaycanlının fəaliyyətini ayrı-ayrı siyasi qrupların və ya konkret şəxslərin fəaliyyəti ilə eyniləşdirmək də düzgün olmazdı.
Azərbaycan diasporunun böyük hissəsi yaşadığı ölkələrin qanunlarına hörmət edən, Azərbaycanın milli maraqlarını müdafiə edən və dövlətimizin beynəlxalq nüfuzunun artırılmasına töhfə verən insanlardan ibarətdir.
03:05 / 13 Oktyabr 2026
167
01:20 / 13 Oktyabr 2026
124
00:44 / 13 Oktyabr 2026
994
00:38 / 13 Oktyabr 2026
206
00:35 / 13 Oktyabr 2026
681
00:33 / 13 Oktyabr 2026
141
00:13 / 13 Oktyabr 2026
170
00:08 / 13 Oktyabr 2026
348
00:07 / 13 Oktyabr 2026
247
00:05 / 13 Oktyabr 2026
192
23:56 / 12 Oktyabr 2026
120
23:49 / 12 Oktyabr 2026
235
23:46 / 12 Oktyabr 2026
1050
23:32 / 12 Oktyabr 2026
152
23:25 / 12 Oktyabr 2026
131
23:17 / 12 Oktyabr 2026
234
23:16 / 12 Oktyabr 2026
134
23:14 / 12 Oktyabr 2026
238
23:04 / 12 Oktyabr 2026
104
23:04 / 12 Oktyabr 2026
1393
23:01 / 12 Oktyabr 2026
159
22:54 / 12 Oktyabr 2026
150
22:43 / 12 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.