Üçtərəfli Bəyanatdan 6 il ötür: “Zəngəzur dəhlizi məsələsi hələ də açıq qalmaqdadır” — Politoloqdan ŞƏRH
10 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
855
18.06.2026, 20:31
“Azərbaycana cəmi dörd həftə əvvəl gəlmiş olsam da, Bakıya ilk səfərim 1999-cu ilə təsadüf edir. Həmin vaxtdan bu günə qədər ölkənin keçdiyi inkişaf yolu həqiqətən inanılmazdır”.
Oxu24.com xəbər verir ki, bunu Böyük Britaniyanın səfiri Duncan Norman Bakıda Kral III Çarlzın ad günü ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bu günün Azərbaycanı dinamik, müasir və qlobal dünya ilə sıx əlaqələrə malik bir ölkədir: “Azərbaycan hazırda həqiqətən mühüm imkanlar dövrünü yaşayır. Bir nəsil ərzində ilk dəfə olaraq, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün real imkan yaranıb. Sülh region boyunca ticarət, investisiya və bağlantı imkanlarının genişlənməsinə yol açacaq. Qarşıda duran əsas çağırış sülhün dönməzliyini təmin etməkdir.
Lakin şahidi olduğum bütün bu dəyişikliklər ərzində dəyişməyən bir məqam var: Azərbaycan xalqının səmimiyyəti və qonaqpərvərliyi.
Mənə Birləşmiş Krallıq ilə Azərbaycan arasında üç onillikdən artıq müddətdə formalaşmış və bu gün Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığın davam etdirilməsi şərəfi nəsib olub”.
Diplomat qeyd edib ki, münasibətlər enerji sahəsində başlayıb: “BP-nin öncül investisiyası Azərbaycanın müasir iqtisadi inkişaf tarixinin formalaşmasına töhfə verib və biz bu əməkdaşlığı inkişaf etdirməyə davam edirik.
Tərəfdaşlığımız enerji sahəsi ilə məhdudlaşmır. Müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır.
Biz transsərhəd qanunsuz əmtəə qaçaqmalçılığı ilə mübarizə sahəsində sıx əməkdaşlıq edirik.
Britaniya şirkətləri aviasiya, infrastruktur, maliyyə və süni intellekt kimi sahələrdə fəal iştirak edirlər.
Biz Qarabağda mina təmizlənməsi fəaliyyətinə verdiyimiz dəstəklə qürur duyuruq və bunun vasitəsilə icmaların yenidən qurulmasına və bərpasına töhfə veririk.
Təhlükəsizlik və iqtisadi əməkdaşlıqdan əlavə, əlaqələrimiz daha da möhkəmlənməkdədir”.
16:55 / 10 Noyabr 2026
43
16:47 / 10 Noyabr 2026
48
16:41 / 10 Noyabr 2026
58
16:35 / 10 Noyabr 2026
74
16:21 / 10 Noyabr 2026
95
16:12 / 10 Noyabr 2026
155
15:58 / 10 Noyabr 2026
93
15:44 / 10 Noyabr 2026
183
15:34 / 10 Noyabr 2026
285
15:31 / 10 Noyabr 2026
89
15:25 / 10 Noyabr 2026
128
15:22 / 10 Noyabr 2026
105
14:58 / 10 Noyabr 2026
2485
14:55 / 10 Noyabr 2026
468
14:48 / 10 Noyabr 2026
421
14:23 / 10 Noyabr 2026
528
14:20 / 10 Noyabr 2026
901
14:09 / 10 Noyabr 2026
237
14:00 / 10 Noyabr 2026
909
13:44 / 10 Noyabr 2026
143
13:38 / 10 Noyabr 2026
401
13:26 / 10 Noyabr 2026
1801
13:24 / 10 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.