Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqları başa çatıb- FOTO - YENİLƏNİB
10 Noyabr 2026, 17:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
653
16.06.2026, 23:09
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri planlaşdırılır. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək bir sıra mühüm sənədlərin imzalanması gözlənilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri möhkəmləndirməyə xüsusi önəm verir və bu kontekstdə Türkmənistan mühüm ölkə statusundadır.
Onun sözlərinə görə, Türkmənistan Azərbaycanın Xəzər dənizi sahilində qonşusu olan ölkələrdən biridir. Buna görə də Xəzərin statusu məsələsində, dənizdəki yataqların birgə işlənməsi və əməkdaşlıq şərtlərində Türkmənistan xüsusi rol oynayır:
“Gözlənilən Bakı səfərində Xəzərdəki neft-qaz yataqlarının birgə istismarı, hasilatın və gələcək gəlirlərin bölüşdürülməsi məsələləri müzakirə olunacaq. Eyni zamanda, Türkmənistanın zəngin neft və qaz resurslarının Azərbaycan üzərindən üçüncü ölkələrə tranziti məsələləri də diqqət mərkəzində olacaq”.
Politoloq həmçinin qeyd edib ki, tərəfdaşlıq təkcə enerji sektoru ilə məhdudlaşmır; iki ölkə arasında fiber-optik kabellərin çəkilməsindən tutmuş fərqli istiqamətlərdə geniş qarşılıqlı anlaşmalar mövcuddur.
Turab Rzayev vurğulayıb ki, Türkmənistan həm də bir Türk və müsəlman ölkəsi olaraq Azərbaycan üçün strateji tərəfdaşdır. Azərbaycan Türkmənistanla həm İslam Əməkdaşlıq Təşkilatında, həm Türk Dövlətləri Təşkilatında (TDT), həm də Qoşulmama Hərəkatında fəal şəkildə əməkdaşlıq edir.
Səfərin TDT çərçivəsindəki əhəmiyyətinə toxunan politoloq bildirib:
“Bu cür yüksək səviyyəli siyasi görüşlərin tez-tez keçirilməsində böyük fayda var, çünki Türkmənistan Azərbaycanın qarşılıqlı maraqlı olduğu müxtəlif birləşmələrdə fəal yer alır. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələr getdikcə bir-birinə daha çox bağlanır və yaxınlaşırlar”.
T. Rzayev həmçinin əlavə edib ki, indiki halda dünyada qlobal kataklizmlər və müharibə işartıları mövcuddur. Belə bir mürəkkəb dövrdə hər bir ölkənin ayrılıqda mübarizə aparması həm daha çətin, həm də daha xərclidir:
“Bu baxımdan, Türk dövlətlərinin bir araya gəlməsi, o cümlədən Azərbaycan-Türkmənistan əlaqələrinin güclənməsi, bu ölkələrin gələcəkdə birgə müdafiə infrastrukturu qurmağa çalışmasına və regional təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər”.
Çimnaz Telmanqızı
18:19 / 10 Noyabr 2026
1
18:17 / 10 Noyabr 2026
3
18:04 / 10 Noyabr 2026
51
18:02 / 10 Noyabr 2026
315
17:54 / 10 Noyabr 2026
74
17:42 / 10 Noyabr 2026
80
17:35 / 10 Noyabr 2026
81
17:16 / 10 Noyabr 2026
294
17:10 / 10 Noyabr 2026
110
17:06 / 10 Noyabr 2026
175
16:55 / 10 Noyabr 2026
540
16:47 / 10 Noyabr 2026
95
16:41 / 10 Noyabr 2026
90
16:35 / 10 Noyabr 2026
151
16:21 / 10 Noyabr 2026
155
16:12 / 10 Noyabr 2026
257
15:58 / 10 Noyabr 2026
128
15:44 / 10 Noyabr 2026
235
15:34 / 10 Noyabr 2026
372
15:31 / 10 Noyabr 2026
104
15:25 / 10 Noyabr 2026
146
15:22 / 10 Noyabr 2026
121
14:58 / 10 Noyabr 2026
3890
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.