Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqları başa çatıb- FOTO - YENİLƏNİB
10 Noyabr 2026, 17:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
43172
16.06.2026, 13:54
Prezident İlham Əliyev Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracını təşviq etmək məqsədilə Fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, sənədə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən ixrac olunan qeyri-neft-qaz məhsullarına görə ödənilən gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.
Fərmana görə, kompensasiya dəstəyi ixrac edilən məhsulun növündən, göndərildiyi ölkədən və müəyyən olunacaq yuxarı hədd nəzərə alınmaqla ödəniləcək.
Müəyyən edilib ki, kompensasiya ixracatçının müraciəti əsasında hər rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək. Dəstək yalnız faktiki ixrac olunmuş və mənşə sertifikatı ilə təsdiqlənən Azərbaycan məhsullarına şamil ediləcək.
Sənədə əsasən, kompensasiya mexanizminin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz məhsullarının ixracı üzrə gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə yığımların artırılmasına yol verilməyəcək.
Nazirlər Kabinetinə kompensasiyanın maliyyələşdirilməsi, eləcə də bu dəstəyin şamil olunmayacağı əməliyyatlar və şəxslərin siyahısının hazırlanması ilə bağlı tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyi isə üç ay ərzində kompensasiyanın tətbiq ediləcəyi məhsulların və ölkələrin siyahısını, dəstəyin yuxarı həddini, həmçinin müraciət və baxılma qaydalarını təsdiqləməlidir.
Qeyd edək ki, Fərmanın müvafiq müddəaları 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və 2031-ci il sentyabrın 30-dək həyata keçirilən ixrac əməliyyatlarına şamil olunacaq.
18:39 / 10 Noyabr 2026
55
18:26 / 10 Noyabr 2026
82
18:25 / 10 Noyabr 2026
89
18:19 / 10 Noyabr 2026
84
18:17 / 10 Noyabr 2026
67
18:04 / 10 Noyabr 2026
90
18:02 / 10 Noyabr 2026
729
17:54 / 10 Noyabr 2026
100
17:42 / 10 Noyabr 2026
105
17:35 / 10 Noyabr 2026
96
17:16 / 10 Noyabr 2026
351
17:10 / 10 Noyabr 2026
131
17:06 / 10 Noyabr 2026
211
16:55 / 10 Noyabr 2026
693
16:47 / 10 Noyabr 2026
108
16:41 / 10 Noyabr 2026
103
16:35 / 10 Noyabr 2026
179
16:21 / 10 Noyabr 2026
176
16:12 / 10 Noyabr 2026
299
15:58 / 10 Noyabr 2026
136
15:44 / 10 Noyabr 2026
247
15:34 / 10 Noyabr 2026
398
15:31 / 10 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.