Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
509
15.06.2026, 11:16
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 64-cü sessiyasında (SB64) fəal iştirakını davam etdirir.
Oxu24.com xəbər verir ki, sessiyanın birinci həftəsində COP29 Sədrliyinin təşəbbüslərinin və COP29 və COP30 çərçivəsində Azərbaycana verilmiş mandatların icrasına həsr olunmuş bir sıra tədbirlər və görüşlər keçirilib.
Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrlikləri ilə birgə sessiya təşkil edilmişdir. Tədbirdə ikiillik şəffaflıq hesabatlarının birinci dövrü üzrə təcrübələr, mövcud çətinliklər və ikinci dövr hesabatlarının hazırlanmasında inkişaf etməkdə olan ölkələrə göstərilə biləcək dəstək məsələləri müzakirə olunmuşdur. BTP çərçivəsində növbəti sessiyanın cari ilin sentyabr ayında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi zamanı təşkili qərara alınıb.
Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən “Öhdəliklərdən Praktiki Fəaliyyətə: Böhran və Həssaslıq Şəraitində Adaptasiya və Sülhü Dəstəkləyən İnnovativ Tərəfdaşlıqlar” tədbirində münaqişə və iqlim risklərinə məruz qalan bölgələrdə dayanıqlığın artırılması üçün innovativ yanaşmalar müzakirə edilib.
Azərbaycan və Braziliyaya verilmiş mandat əsasında hazırlanmış və COP30-dan öncə təqdim olunmuş iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılmasına dair Bakıdan Beləmə Yol Xəritəsinin icrası üzrə dövlət və qeyri-dövlət aktorlarının iştirakı ilə dialoq keçirilib. Tədbirdə yol xəritəsinin həyata keçirilməsi ilə bağlı gözləntilər və növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən “Belém 1.5 Missiyası” üzrə ilk sessiya təşkil edilmişdir. Sessiyada tərəf və qeyri-tərəf iştirakçıların mövqeləri dinlənilmiş, səsləndirilən fikirlərin növbəti addımların formalaşdırılmasına töhfə verəcəyi qeyd olunub.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsində keçirilən İrəliləyişlərin Çoxtərəfli və Asanlaşdırıcı Qiymətləndirilməsi prosesinin yüksək səviyyəli seqmentində və Azərbaycanın təqdim etdiyi ikiillik şəffaflıq hesabatına dair texniki dialoqda iştirak edib. Bununla Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb.
Eyni zamanda nümayəndə heyəti UNFCCC çərçivəsində aparılan tematik danışıqlarda, mandatlı tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edərək qlobal iqlim gündəliyi üzrə müzakirələrə fəal töhfə verib.
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.