Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
614
12.06.2026, 12:15
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə icra edilib.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hesabat ili ərzində qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi altında ölkədə makroiqtisadi sabitlik qorunub, iqtisadi artım təmin edilib və dövlət siyasətinin əsas prioritetləri üzrə nəzərdə tutulan bütün tədbirlər ardıcıl şəkildə həyata keçirilib.
"Hesabat dövründə büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cü ilə qədər milli prioritetlərinə doğru irəliləyişi təmin edib", - deyə S. Babayev qeyd edib.
Onun sözlərinə görə, həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində son illərdə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında rolunu əhəmiyyətli dərəcədə artırıb.
Nazirin sözlərinə görə,2025-ci ilin sonuna Azərbaycanın məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib, xarici dövlət borcunu 17,7 dəfə üstələyib, illik ÜDM-in isə 112,1 %-nə bərabər olub.
"Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, ötən il Azərbaycanda ÜDM-in dəyəri real ifadədə 1,4 % artıb və 129,1 milyard manat təşkil edib, adambaşına düşən ÜDM-in dəyəri isə 12,6 min manat olub.
"İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə qeyri-neft sektorunda 2,7 % real artım əldə olunub, ÜDM-in 72 %-i və yaxud 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 milyard manat çoxdur. Qeyri-neft ixracı 8,1 % artaraq 3,6 milyard dollara çatıb. Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 %, orta illik inflyasiya isə 5,6 % təşkil etməklə hədəf diapazonunda qalıb", - deyə S.Babayev qeyd edib.
Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 %, orta aylıq nominal əməkhaqqı 9,3 % artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir.
S.Babayev 2025-ci ildə "Azəri light" markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 % artım olduğunu qeyd edib.
Sahil babayev bildirib ki,2025-ci ilin sonuna Azərbaycanın məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib, xarici dövlət borcunu 17,7 dəfə üstələyib, illik ÜDM-in isə 112,1 %-nə bərabər olub.
"Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, ötən il Azərbaycanda ÜDM-in dəyəri real ifadədə 1,4 % artıb və 129,1 milyard manat təşkil edib, adambaşına düşən ÜDM-in dəyəri isə 12,6 min manat olub.
"İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə qeyri-neft sektorunda 2,7 % real artım əldə olunub, ÜDM-in 72 %-i və yaxud 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 milyard manat çoxdur. Qeyri-neft ixracı 8,1 % artaraq 3,6 milyard dollara çatıb. Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 %, orta illik inflyasiya isə 5,6 % təşkil etməklə hədəf diapazonunda qalıb", - deyə S.Babayev qeyd edib.
Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 %, orta aylıq nominal əməkhaqqı 9,3 % artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir.
S.Babayev 2025-ci ildə "Azəri light" markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 % artım olduğunu qeyd edib.
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.