Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
667
02.06.2026, 20:16
Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən bir sıra sənədlər imzalanıb.
Oxu24.com-un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ilk olaraq Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Belarus Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasının protokolunu imzalayıblar.
Daha sonra Belarusun Milli Statistika Komitəsi ilə Azərbaycanın Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə Belarusun Milli Statistika Komitəsinin sədri İnna Medvedeva və Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov imza atıblar.
Tədbir çərçivəsində həmçinin Belarusun İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2026–2030-cu illəri əhatə edən bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədi Belarusun idman naziri Sergey Kovalçuk və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təsdiqləyiblər.
Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Belarusun səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üzrə əməkdaşlıq proqramı – "Yol xəritəsi" də imzalanıb. Sənədə Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov imza atıblar.
Bundan əlavə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Belarusun "POJSNAB" MMC-si arasında 21 ədəd yanğınsöndürmə texnikasının yığılması üzrə müqavilə imzalanıb. Müqaviləni "POJSNAB" MMC-nin direktor vəzifəsini icra edən Sergey Zaxareviç və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev imzalayıblar.
Qeyd edək ki, sənədlər Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində imzalanıb və iki ölkə arasında iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.


01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.