SON DƏQİQƏ! Prezident yüksək vəzifəyə təyinat etdi
07 İyul 2026, 09:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
890
02.06.2026, 17:18
Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan nüfuzu və yürütdüyü uğurlu xarici siyasət dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilməkdədir. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi Avropa məkanında, xüsusilə də Baltikyanı (Pribaltika) ölkələri ilə münasibətlərdə özünü aydın büruzə verir. Bunun növbəti göstəricisi olaraq, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və beynəlxalq nizama sadiqlik prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, həmçinin Latviya Prezidenti dövlətimizin başçısını rəsmi səfərə dəvət edib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu Latviya Prezidentinin məktubunun siyasi əhəmiyyətini və post-münaqişə dövründə Azərbaycanın regionda yaratdığı yeni reallıqları şərh edib.
“Azərbaycan artıq beynəlxalq sistemdə tamamilə yeni obrazda çıxış edir"
Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra həm beynəlxalq münasibətlər, həm də beynəlxalq iqtisadi əməkdaşlıq sistemində tamamilə yeni bir obrazda iştirak edir:
“Prezident İlham Əliyevin uğurlu diplomatiyası və strateji baxışları sayəsində ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində olduqca təsirli yerə və rola malikdir. Bu gün Azərbaycanla əməkdaşlıq edən ölkələr dövlətimizi etibarlı tərəfdaş kimi qəbul edir və bu coğrafiyaya daxil olmaq istəyən dövlətlərin sırası davamlı olaraq genişlənir. Bu mənada, Baltikyanı ölkələri ilə Azərbaycan arasında münasibətlərin xarakterini və əməkdaşlığın perspektivlərini xüsusi qeyd etmək lazımdır”.
Deputat vurğulayıb ki, Latviya Prezidentinin təbrik məktubu iki ölkə arasındakı strateji tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirir:
“Azərbaycanla həm Latviya, həm də bütövlükdə Baltikyanı regionu arasında biznes, investisiya və humanitar sahələrdə effektiv əməkdaşlıq mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi hər iki tərəfin milli maraqlarına tam cavab verir. Cənubi Qafqaz qlobal əhəmiyyətli nəqliyyat və enerji dəhlizlərinin kəsişməsində yerləşir. Bu baxımdan, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması dünya ölkələri, o cümlədən Avropa tərəfdaşları üçün mühüm əhəmiyyət kəsb edir”.
“Yeni geosiyasi konfiqurasiya cənab İlham Əliyevin iradəsinin nəticəsidir"
Politoloqun sözlərinə görə, Latviya Prezidentinin məktubundakı mesajlar həm də regiondakı yeni reallıqların Qərb tərəfindən qəbul olunmasının göstəricisidir:
“Latviya Prezidenti Azərbaycan Prezidentinin iradəsi ilə Cənubi Qafqaz regionunda yaranmış reallıqları, yeni geosiyasi konfiqurasiyanı yüksək qiymətləndirir. Bu yeni mənzərə məhz cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi və strateji yanaşması sayəsində yaranmışdır. Bu səbəbdən həm Azərbaycan dövlətinə, həm də onun rəhbərinə qlobal miqyasda yüksək ehtiram və etimad mövcuddur”.
Sonda politoloq qeyd edib ki, Latviya dövlət başçısının Prezident İlham Əliyevi rəsmi səfərə dəvət etməsi post-münaqişə mərhələsində Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verilən davamlı beynəlxalq dəstəyin növbəti bariz nümunəsidir. Artıq suverenliyini tam təmin etmiş Azərbaycanla daha yaxın və səmərəli münasibətlər qurmaq istəyi dünya birliyində çox aydın şəkildə hiss olunur.
Çimnaz Telmanqızı
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.