Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
630
01.06.2026, 21:47
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Oxu24.com-a bildirilib ki, görüş zamanı, Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət, eləcə də regional gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. İlk iclası keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Görüşdə enerji sahəsində uzunmüddətli əməkdaşlığın, xüsusilə ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb. Eyni zamanda bərpa olunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.
C.Bayramov ölkəmizin əlverişli investisiya mühiti, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Bu istiqamətdə Orta Dəhlizin artan əhəmiyyəti, onun regional iqtisadi inteqrasiyaya verdiyi töhfə vurğulanıb.
Ötən ilin avqust ayında Vaşinqton sammiti çərçivəsində əldə edilmiş tarixi razılaşmalardan sonra regionda mövcud vəziyyət və əhəmiyyətli irəliləyişlər, habelə kommunikasiya xəttlərinin açılması, TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
ğ
01:50 / 11 Noyabr 2026
250
01:00 / 11 Noyabr 2026
174
00:31 / 11 Noyabr 2026
230
23:59 / 10 Noyabr 2026
212
23:57 / 10 Noyabr 2026
249
23:55 / 10 Noyabr 2026
672
23:53 / 10 Noyabr 2026
261
23:47 / 10 Noyabr 2026
1407
23:43 / 10 Noyabr 2026
240
23:39 / 10 Noyabr 2026
208
23:28 / 10 Noyabr 2026
414
23:27 / 10 Noyabr 2026
994
23:17 / 10 Noyabr 2026
1537
23:15 / 10 Noyabr 2026
206
23:00 / 10 Noyabr 2026
170
22:58 / 10 Noyabr 2026
207
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
168
22:30 / 10 Noyabr 2026
493
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
184
22:04 / 10 Noyabr 2026
265
21:55 / 10 Noyabr 2026
882
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.