Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
551
01.06.2026, 13:18
Azərbaycan Prezidenti İlham Əliyev 31-ci Baku Energy Forumun rəsmi açılış mərasimində çıxışı zamanı enerji təhlükəsizliyinin qlobal gündəlikdə əsas mövzulardan birinə çevrildiyini vurğulayıb.
Oxu24.com xəbər verir ki,bu barədə Ajans.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, hazırda Azərbaycanın qlobal arenada mövqeləri daha da möhkəmlənir və ölkə beynəlxalq enerji sistemində aparıcı aktorlardan birinə çevrilməkdədir.
“Azərbaycan artıq qlobal məkanın aparıcı dövlətləri sırasında öz yerini möhkəmləndirir. Bu isə ölkənin gələcək inkişaf perspektivlərinin daha da genişlənməsi deməkdir. Bu prosesdə əsas amillərdən biri Azərbaycanın dünya bazarları, xüsusilə də Avropa bazarları üçün mühüm enerji təchizatçısı olmasıdır”, – deyə o qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi-iqtisadi kurs nəticəsində ölkənin beynəlxalq enerji bazarlarında təsir imkanları əhəmiyyətli dərəcədə artıb.
“Son dövrlərdə Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən qlobal enerji bazarlarına çıxarılan resursların həcmi azalıb. Eyni zamanda, Rusiya enerji resurslarının Avropa bazarlarına çıxışı da məhdudlaşıb. Belə şəraitdə Azərbaycan Avropa üçün əsas enerji mənbələrindən birinə çevrilib”, – deyə ekspert vurğulayıb.
O əlavə edib ki, Azərbaycan hazırda Avropa İttifaqı üçün enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş statusuna malikdir:
“Avropa ölkələrinin Azərbaycan enerji resurslarına ciddi ehtiyacı var. Bu əməkdaşlıq Azərbaycanın xarici siyasət imkanlarını daha da genişləndirir.”
Elçin Xalidbəyli həmçinin bildirib ki, enerji ixracının artması Azərbaycanın qlobal təsir gücünü gücləndirir:
“Azərbaycanın enerji resurslarının Avropa bazarlarına ixracı genişləndikcə ölkənin beynəlxalq mövqeləri daha da möhkəmlənir. Müasir dünyada iqtisadi faktorlar, xüsusilə enerji resursları dövlətlər arasında münasibətlərin əsas müəyyənedicilərindən biridir.”
Onun sözlərinə görə, Azərbaycanın enerji ixrac etdiyi ölkələrin sayının artması ölkənin beynəlxalq dəstəyinin və təsir imkanlarının genişlənməsinə xidmət edir.
01:50 / 11 Noyabr 2026
280
01:00 / 11 Noyabr 2026
184
00:31 / 11 Noyabr 2026
246
23:59 / 10 Noyabr 2026
221
23:57 / 10 Noyabr 2026
262
23:55 / 10 Noyabr 2026
726
23:53 / 10 Noyabr 2026
274
23:47 / 10 Noyabr 2026
1452
23:43 / 10 Noyabr 2026
245
23:39 / 10 Noyabr 2026
212
23:28 / 10 Noyabr 2026
420
23:27 / 10 Noyabr 2026
1055
23:17 / 10 Noyabr 2026
1619
23:15 / 10 Noyabr 2026
212
23:00 / 10 Noyabr 2026
171
22:58 / 10 Noyabr 2026
209
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
170
22:30 / 10 Noyabr 2026
513
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
185
22:04 / 10 Noyabr 2026
275
21:55 / 10 Noyabr 2026
922
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.