Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL
11 Noyabr 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
691
14.05.2026, 16:01
Yaxın Şərqdə artan gərginlik və İran ətrafında cərəyan edən hadisələr qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub.
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Oxu24.com-a açıqlamalar verərək, mövcud vəziyyətin həm dünya, həm də Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini dəyərləndirib.
Ekspert bildirir ki, regionda baş verən hadisələrlə yanaşı, ABŞ-da yanacaq üzrə federal vergilərin dəyişməsi və ABŞ rəhbərliyi ilə Çin rəhbərliyi arasındakı görüşlər qlobal iqtisadiyyata, o cümlədən Azərbaycana öz təsirini göstərməkdədir. Onun sözlərinə görə, bu proseslərin qısa və uzunmüddətli dövrdə təsirləri fərqlidir:
"Əgər bu proses uzun müddət davam edərsə, təbii olaraq Azərbaycan iqtisadiyyatı üçün arzuolunmaz məqamlar üzə çıxa bilər. Çünki, qlobal inflyasiyanın artması ölkəmizdə də inflyasiyanın yüksəlməsinə gətirib çıxara bilər”.
Eldəniz Əmirov vurğulayıb ki, qonşuluqda, xüsusilə İranda baş verən hadisələr Azərbaycan tərəfindən arzuedilən deyil. Çünki, sabitlik regional inkişafın və ölkə tərəqqisinin başlıca faktorudur. Azərbaycanın strateji hədəfi də məhz regionda davamlı sabitliyə nail olmaqdır.
Ekspertin qeyd etdiyi digər mühüm məqam isə neft qiymətlərinin artmasıdır:
“Hadisələrdən dolayı neft qiymətlərinin yüksəlməsi ölkəmizə valyuta daxilolmalarının artmasına səbəb olur. Bu artım artıq bir müddətdir ki, Azərbaycanın makroiqtisadi göstəricilərində özünü büruzə verir”.
Buna baxmayaraq, ekspert hesab edir ki, uzunmüddətli dövrdə proseslərin bu cür davam etməsi iqtisadi baxımdan arzuolunan deyil.
Yaxın Şərqdəki gərginlik enerji bazarını hərəkətə gətirsə də, Azərbaycan üçün əsas prioritet regional təhlükəsizlik və qlobal inflyasiyanın ölkə daxilinə mənfi təsirlərini minimuma endirməkdir.
Çimnaz Telmanqızı
20:28 / 11 Noyabr 2026
8
20:22 / 11 Noyabr 2026
53
20:19 / 11 Noyabr 2026
39
20:08 / 11 Noyabr 2026
50
19:57 / 11 Noyabr 2026
202
19:49 / 11 Noyabr 2026
77
19:43 / 11 Noyabr 2026
69
19:33 / 11 Noyabr 2026
91
19:19 / 11 Noyabr 2026
141
19:07 / 11 Noyabr 2026
100
18:42 / 11 Noyabr 2026
419
18:39 / 11 Noyabr 2026
204
18:35 / 11 Noyabr 2026
167
18:30 / 11 Noyabr 2026
194
18:29 / 11 Noyabr 2026
214
18:23 / 11 Noyabr 2026
138
18:17 / 11 Noyabr 2026
215
18:13 / 11 Noyabr 2026
168
18:06 / 11 Noyabr 2026
761
18:01 / 11 Noyabr 2026
117
17:42 / 11 Noyabr 2026
341
17:40 / 11 Noyabr 2026
208
17:35 / 11 Noyabr 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.