Qaynar xətt:

(+99450) 247 90 86

Kənd Təsərrüfatı Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE

Kənd Təsərrüfatı Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE

SİYASƏT

2140

10.05.2018, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Xəbər verdiyimiz kimi, Mirzə Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.
Oxu24.com Mirzə Əliyevin dosyesini təqdim edir: Mirzə Əliyev 1986-cı il aprelin 1-də Bakı şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsini bitirib. Əmək fəaliyyətinə 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki (İsveçrə) ofisində başlayıb. 2011-ci ildə “Holcim Azərbaycan” ASC-də marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Daha sonra 2015-ci ildə “Kapital Bank” ASC-nin direktorunun Strategiya departamenti üzrə müavini vəzifəsində fəaliyyətini davam etdirib. Həmin ildən “Azərbaycan Dəmir Yolları” QSC-də investisiya üzrə rəis müavini vəzifəsində çalışıb. Subaydır.