Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
678
02.05.2026, 18:19
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Slovakiya da təmsil olunacaq: baş nazirin müavini, eləcə də regional inkişaf naziri gələcək. Bundan əlavə, artıq may ayında, WUF ərəfəsində, parlament sədrinin səfəri gözlənilir. Həmçinin Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”, - deyə səfir bildirib.
E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: "Biz müdafiə sənayesi sahəsində, eləcə də infrastruktur layihələrində yaxşı əməkdaşlıq edirik”.
"Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”, - deyə diplomat səfəri şərh edərkən əlavə edib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.
İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.
Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.
03:10 / 12 Noyabr 2026
18
01:25 / 12 Noyabr 2026
97
00:55 / 12 Noyabr 2026
107
00:43 / 12 Noyabr 2026
105
00:35 / 12 Noyabr 2026
229
00:33 / 12 Noyabr 2026
105
00:27 / 12 Noyabr 2026
114
00:24 / 12 Noyabr 2026
126
00:19 / 12 Noyabr 2026
138
00:17 / 12 Noyabr 2026
188
00:11 / 12 Noyabr 2026
133
23:54 / 11 Noyabr 2026
115
23:52 / 11 Noyabr 2026
119
23:50 / 11 Noyabr 2026
142
23:45 / 11 Noyabr 2026
1061
23:28 / 11 Noyabr 2026
112
23:24 / 11 Noyabr 2026
121
23:18 / 11 Noyabr 2026
134
23:09 / 11 Noyabr 2026
131
23:03 / 11 Noyabr 2026
118
23:01 / 11 Noyabr 2026
142
22:55 / 11 Noyabr 2026
117
22:38 / 11 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.