Zahid Oruc: Rəqəmsal sektora xüsusi vergi dəstəyi veriləcək
07 İyul 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
459
01.05.2026, 16:37
Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan postmünaqişə dövründə həyata keçirilən yenidənqurma prosesinə görə dünyada nadir nümunələrdən biridir: “Azərbaycan öz maliyyə imkanları, institusional və inzibati potensialı hesabına işğaldan azad edilmiş əraziləri yenidən qurur. Hazırda doqquz şəhərin və yüzlərlə yaşayış məntəqəsinin tikintisi prosesi davam edir”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan şəhərsalma və postmünaqişə bərpası sahəsində topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır: “Biz öz təcrübəmizi, qarşılaşdığımız çətinlikləri bölüşməyə və şəhərsalma sahəsində yeni biliklər əldə etməyə hazırıq”.
O vurğulayıb ki, Qarabağda ən ciddi problemlərdən biri mina təhlükəsidir: “1,5 milyondan çox mina bu ərazilərə yerləşdirilib. Bu, Azərbaycan ərazisinin təxminən 12-13 faizini əhatə edir. Təəssüf ki, bəzi ərazilərə mina təhlükəsinə görə giriş mümkün deyil”.
Prezidentin köməkçisinin sözlərinə görə, minatəmizləmə böyük maliyyə və insan resursları tələb edən həyati əhəmiyyətli missiyadır: “Bu, insanların həyatını xilas edən missiyadır. Minatəmizləyən mütəxəssislər böyük risk altında çalışırlar”.
Hikmət Hacıyev deyib ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində ölən və yaralananların sayı 400-ü keçib: “Dinc sakinlər mina partlayışları nəticəsində həyatını itirir və yaralanır”.
Prezidentin köməkçisi, həmçinin, itkin düşmüş şəxslər probleminin hələ də açıq qaldığını diqqətə çatdırıb: “Biz hələ də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı cavab ala bilməmişik. Kütləvi məzarlıqları və şahidləri axtarmağa davam edirik”.
Hikmət Hacıyev bu məsələ ilə bağlı Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə də müraciət edib: “Mən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək istəmişəm ki, 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən ailələr müəyyən məlumat əldə edə bilsinlər”.
Sonda o əlavə edib ki, Azərbaycan regionda davamlı sülhün təmin olunması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.
16:19 / 07 İyul 2026
1
16:13 / 07 İyul 2026
9
16:09 / 07 İyul 2026
23
16:01 / 07 İyul 2026
29
15:58 / 07 İyul 2026
31
15:43 / 07 İyul 2026
45
15:42 / 07 İyul 2026
43
15:36 / 07 İyul 2026
48
15:33 / 07 İyul 2026
63
15:12 / 07 İyul 2026
66
15:08 / 07 İyul 2026
57
15:05 / 07 İyul 2026
72
14:48 / 07 İyul 2026
71
14:46 / 07 İyul 2026
70
14:31 / 07 İyul 2026
99
14:00 / 07 İyul 2026
83
13:55 / 07 İyul 2026
80
13:52 / 07 İyul 2026
97
13:45 / 07 İyul 2026
90
13:40 / 07 İyul 2026
95
13:36 / 07 İyul 2026
99
13:29 / 07 İyul 2026
93
13:23 / 07 İyul 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.