Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
548
01.05.2026, 15:33
Azərbaycan Qarabağ müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.
"30 il ərzində Qarabağ müharibə, münaqişə və qan tökülməsi ilə assosiasiya olunurdu. Lakin, Xocalı soyqırımı da daxil olmaqla, keçmişin faciələrinin xatirəsini qoruyaraq biz gələcəyə – Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın dinc gələcəyinə baxırıq", - o bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz xarici siyasətində bütün qonşuları ilə mehriban qonşuluq və dinc münasibətlərə həmişə üstünlük verib.
"Ancaq biz Ermənistanla münaqişə vəziyyətində olduğumuz üçün bu prioriteti tam olaraq reallaşdırmaq mümkün olmurdu. Lakin bu gün deyə bilərəm ki, Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları ilə dostluq və mehriban qonşuluq münasibətləri qurulub", - o vurğulayıb.
H.Hacıyev qeyd edib ki, sülh - diplomatik səylər tələb edən mürəkkəb və uzun bir yoldur.
"Azərbaycan hökuməti belə bir diplomatik cəsarət nümayiş etdirdi və Ermənistana sülh əlini uzatdı", - o bildirib.
03:10 / 12 Noyabr 2026
52
01:25 / 12 Noyabr 2026
99
00:55 / 12 Noyabr 2026
111
00:43 / 12 Noyabr 2026
107
00:35 / 12 Noyabr 2026
234
00:33 / 12 Noyabr 2026
107
00:27 / 12 Noyabr 2026
117
00:24 / 12 Noyabr 2026
130
00:19 / 12 Noyabr 2026
140
00:17 / 12 Noyabr 2026
199
00:11 / 12 Noyabr 2026
134
23:54 / 11 Noyabr 2026
117
23:52 / 11 Noyabr 2026
121
23:50 / 11 Noyabr 2026
144
23:45 / 11 Noyabr 2026
1081
23:28 / 11 Noyabr 2026
114
23:24 / 11 Noyabr 2026
123
23:18 / 11 Noyabr 2026
135
23:09 / 11 Noyabr 2026
133
23:03 / 11 Noyabr 2026
121
23:01 / 11 Noyabr 2026
144
22:55 / 11 Noyabr 2026
118
22:38 / 11 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.