Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
696
23.04.2026, 16:36
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu son dövrlərdə baş verən hadisələr zamanı nümayiş etdirdiyi mövqeyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Oxu24.com xəbər verir ki, səfir bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə danışıb.
O, İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
M.Dəmirçilu Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
R.Məmmədov ölkədə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.
Həmçinin dini-elmi tədqiqatlar üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.