Rubio: Tramp Si Cinpindən kömək istəməyib
14 May 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
404
23.04.2026, 10:22
“Belçika və Niderland parlamentləri 16 aprel 2026-cı il tarixdə bir daha qərəzli, qeyri-obyektiv və reallıqdan tamamilə uzaq, ikili standartlara əsaslanan mövqe nümayiş etdirərək, Azərbaycan əleyhinə qətnamələr qəbul ediblər. Bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi münasibət bildirərək, bu addımı qətiyyətlə qınamış və bu qərəzli sənədləri rədd etmişdir”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin aprelin 21-də keçirilən plenar iclasında çıxış edən deputat Zaur Şükürov bildirib.
Deputat qeyd edib ki, Bəzi Avropa parlamentarilərinin Azərbaycana qarşı davamlı olaraq qərəz, riyakarlıq və birtərəfli yanaşma sərgiləməsini istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra müşahidə etmişik və bu addımlar qəti və tutarlı mövqeyimizlə daim ifşa edilmişdir.
“Sözügedən qətnamələrdə də Azərbaycan CM-nin müvafiq maddələri əsasında konkret cinayət əməllərinə - sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və s. kimi ağır cinayətlərdə ittiham edilərək həbs olunan şəxslərin azad olunmasına çağırış edilməsi, riyakarlıq, qərəz olmaqla yanaşı, dolayısı ilə bu cür əməllərə haqq qazandırmaq anlamına gəlir”.
Z. Şükürovun sözlərinə görə, Azərbaycanın ardıcıl təşəbbüsləri və qəti siyasi iradəsi nəticəsində regionda yeni reallıqlar formalaşmış, son illər ərzində sərhəddə sabitliyin qorunması, birbaşa dialoq kanallarının qurulması və sülh sazişi istiqamətində atılan ardıcıl addımlar bu reallıqların ən aydın təzahürünə çevrilmişdir ki, bütün bunların fonunda kənardan edilən əsassız və qərəzli müdaxilələr yalnız destruktiv məqsədlərə xidmət edən amillər kimi çıxış edir.
“Əminliklə inanırıq ki, davamlı və dayanıqlı sülhə aparan yol beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin təmin edilməsindən, qarşılıqlı hörmət və əməkldaşlıqdan, mövcud reallığı düzgün qiymətləndirilməsindən keçir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin misilsiz və heyrətamiz liderliyi ilə bu gün regionda yaradılan yeni reallığa, sülhə, sabitliyə, inkişaf naminə ümidlərə bu kimi riyakar qətnamələr mane ola bilməz.
Belçika və Niderland parlamentlərini və hökumətlərini gələcək əməkdaşlığa müəyyən mənada kölgə sala biləcək bu kimi qərəzli addımların qarşısını alınması üçün müvafiq tədbirlər görrməyə çağırıram”- o sonda bildirib.
22:34 / 14 May 2026
10
22:30 / 14 May 2026
76
22:13 / 14 May 2026
95
21:58 / 14 May 2026
93
21:52 / 14 May 2026
65
21:41 / 14 May 2026
56
21:30 / 14 May 2026
64
21:19 / 14 May 2026
68
21:14 / 14 May 2026
65
21:07 / 14 May 2026
155
21:02 / 14 May 2026
134
20:59 / 14 May 2026
62
20:56 / 14 May 2026
84
20:54 / 14 May 2026
81
20:49 / 14 May 2026
56
20:49 / 14 May 2026
360
20:41 / 14 May 2026
221
20:35 / 14 May 2026
167
20:31 / 14 May 2026
293
20:28 / 14 May 2026
62
20:19 / 14 May 2026
64
20:16 / 14 May 2026
243
20:15 / 14 May 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.