Azərbaycan ilə Yaponiya arasındakı əlaqələr müzakirə edilib
10 İyun 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1519
22.04.2026, 14:03
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti Mərkəzi Banka məlumat verilməklə həyata keçirilə bilər.
Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıqdır. Reyestrə icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir.
***
“Maliyyə icarəsi haqqında” qanun layihəsi hazırlanıb.
Qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir, maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək.
***
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir.
15:59 / 10 İyun 2026
21
15:50 / 10 İyun 2026
30
15:46 / 10 İyun 2026
36
15:43 / 10 İyun 2026
59
15:41 / 10 İyun 2026
237
15:41 / 10 İyun 2026
280
15:26 / 10 İyun 2026
75
15:18 / 10 İyun 2026
115
15:16 / 10 İyun 2026
59
15:15 / 10 İyun 2026
189
15:09 / 10 İyun 2026
149
15:05 / 10 İyun 2026
59
15:03 / 10 İyun 2026
248
14:57 / 10 İyun 2026
67
14:55 / 10 İyun 2026
73
14:53 / 10 İyun 2026
66
14:41 / 10 İyun 2026
78
14:34 / 10 İyun 2026
73
14:30 / 10 İyun 2026
70
14:25 / 10 İyun 2026
71
14:25 / 10 İyun 2026
74
14:15 / 10 İyun 2026
65
14:14 / 10 İyun 2026
451
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.