Milli Məclis mühüm qərarlar qəbul edib
22 Aprel 2026, 14:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
55
22.04.2026, 12:56
Hesablama Palatasının 2025-ci il üzrə Fəaliyyət Hesabatı yüksək peşəkarlıqla hazırlanıb və dövlət maliyyə idarəetməsinin əsas istiqamətlərinin təhlilini əhatə edən mühüm sənəddir. Ali maliyyə nəzarəti orqanı olan Palatanın fəaliyyəti yalnız dövlət büdcə vəsaitlərinin deyil, həmçinin icmal və qeyri-büdcə fondları ilə işləyən qurumların vəsaitlərdən səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təkmilləşdirilməsinə xidmət edir.
Oxu24.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc bildirib.
Hesabata əsasən, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib. Göründüyü kimi, illik büdcənin altıda biri-lakin daha strateji sahələr əhatə olunub. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər olduğuna dair Hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatları göstərir ki, problem tədricən növbəti illərə ötürülür.
Deməli, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Maliyyə təhrifləri isə qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir edir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir.
Prezident İlham Əliyevin qlobal siyasətdə ölkəmizin iqtisadi mənafelərini peşəkarlıqla qoruması və makrosabitliyi təmin etməsi, əlverişli investisya mühiti və qarşılıqlı faydalı xarici əlaqələr yaratması fonunda müvafiq nazirliklərin dövlət dəstəyi ilə milli istehsalı genişləndirmək və əhalinin regionlarda iş yerləri ilə təminatını yaxşılaşdırmaq məramı ilə açdıqları bəzi sənaye müəssisələrinin sonrakı taleyi diqqət çəkir. Şamaxıda fəaliyyətə başlayan “Star LTD” zavodu bir vaxtlar məişət texnikası istehsalı üzrə ölkədə mühüm layihələrdən biri idi. Lakin sonra istehsal prosesi tamamilə dayandı. Mingəçevirdə fəaliyyət göstərən “Kür” kompüter zavodu, eləcə də avtomobil sənayesi üzrə açılan müəssisələr-Gəncə və Naxçıvan Avtomobil Zavodlarının istehsal həcmi və bazar əhatəsi də gözlənilən səviyyəyə çatmayıb. Əlbəttə, bir sıra sənaye sahələrində artım inkaredilməzdir. Hesabat təsdiq edir ki, problem vəsaitlərin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması və sonrakı idarə edilməsindədir.
Lakin Palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemidir. Audit nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adambaşına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə-müalicəyə çevrilirmi? İnanırıq ki, yeni institisuional islahlatlar nəticəsində məsələ həllini tapacaq.
Hesabatda xüsusi diqqət çəkən istiqamətlərdən biri də işğaldan azad olunan ərazilərdə həyata keçirilən mühüm layihələrlə bağlıdır. Doğrudan da Qarabağ və ətraf bölgələrdə aparılan işlərin miqyası və tarixi əhəmiyyəti təkcə infrastuktur hadisəsi deyil, Yeni Vətən quruculuğudur, miqyasca ölkəmizin beşdə biri olsa da, bir nömrəli strateji yolların və dəhlizlərin yaradıldığı coğrafiyanın mənfidən-yerin altından başlayaraq, qəhrəmanlıqla tikilməsidir.
Həmçinin oxuyun
Prezident məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirilməsi vəzifəsini bir nömrəli dövlət kursu elan edib. Məhz belə ali diqqət və məsuliyyət fonunda Hesablama Palatasının göstərdiyi nöqsanlar xüsusi məna kəsb edir.
Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin-bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial məqsədlərdən kənara çıxaraq, kommersiya maraqlarını üzərinə götürməsi nə dərəcədə məqsədə müqaviqdir?
Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır.
Məsələn, Şuşa şəhərində Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalmasına dair Hesabatdakı rəy və tövsiyyələrə ikiqat məsuliyyətlə yanaşmaq tələb olunur.
Azad torpaqlarda bəzən düzgün planlaşdırılmama digər bölgələrlə müqayisədə daha böyük mənəvi məsuliyyət deməkdir. Çünki yeni Qarabağın inşası isadəcə iqtisadi deyil, bütöv millət və dövlət quruculuğunun müqəddəs simvoludur.
Prezident torpaqlarımızın azadlığında olduğu kimi, inşaat ordusunun da Ali Baş Komandanıdır, Zəfərimizin təminatçısı və qoruyucusudur.
İnanırıq ki, Palatanın hesabatına Hökumətin fəaliyyətinin mühüm indikatoru kimi xüsusi diqqətlə yanaşılacaq və nəzərə alınacaqdır.
Biz Hesablama Palatasının ötən ilki fəaliyyətini yüksək qiymətləndirir və hesabata müsbət səs verəcəyik.
14:20 / 22 Aprel 2026
1
14:13 / 22 Aprel 2026
19
14:03 / 22 Aprel 2026
162
14:02 / 22 Aprel 2026
27
13:54 / 22 Aprel 2026
137
13:52 / 22 Aprel 2026
80
13:50 / 22 Aprel 2026
33
13:39 / 22 Aprel 2026
40
13:35 / 22 Aprel 2026
90
13:28 / 22 Aprel 2026
38
13:23 / 22 Aprel 2026
58
13:17 / 22 Aprel 2026
49
13:11 / 22 Aprel 2026
281
13:09 / 22 Aprel 2026
37
13:08 / 22 Aprel 2026
268
13:05 / 22 Aprel 2026
41
12:35 / 22 Aprel 2026
700
12:29 / 22 Aprel 2026
60
12:27 / 22 Aprel 2026
49
12:21 / 22 Aprel 2026
71
12:18 / 22 Aprel 2026
59
12:17 / 22 Aprel 2026
51
12:16 / 22 Aprel 2026
296
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.