Əziz Əlibəyli: Azərbaycanın geosiyasi mövqeyi 300 illik təzyiqlərin mərkəzində olub
10 İyun 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
868
20.04.2026, 11:52
Oxu24.com xəbər verir ki, Azərbaycan dili Rusiyada tədris dili kimi gündəmə gəlir. İki ölkə arasında təhsil əməkdaşlığının genişləndirilməsi çərçivəsində atılan addımlar və dilimizə artan maraq xüsusi diqqət çəkir.
Dilçi mütəxəssis Elşad Abışov bu sahədəki yeni imkanları və səsləndirilən təşəbbüsləri Oxu24.com-a açıqlamasında şərh edib.
Mütəxəssisin sözlərinə görə insan hər hansı bir əcnəbi dili öyrənəndə sadəcə o dili öyrənmir, eyni zamanda öyrəndiyi dildə danışan xalqın mədəniyyəti, tarixi keçmişi ilə də tanış olur, istər-istəməz həmin o mədəniyyətin təbliğatçısına çevrilir:
“İnkişaf etmiş ölkələrin hər birinə maraqlıdır ki, onların dili əcnəbi ölkələrdə öyrənilsin və bir növ bu inkişaf etmiş ölkələrdə ideoloji bir məsələ kimi qarşıda duran əsas məsələlərdən birinə çevrilir. Məsələn, müqayisə üçün deyək, bu yaxınlarda Rusiya dövlət səviyyəsində elan etdi ki, MDB ölkələrinin hansısa birində əgər rus dilinin rəsmi öyrənilməsinə, tədrisinə qadağa qoyularsa, Rusiya dövləti həmin o dövlətə qarşı, həmin o MDB respublikasına qarşı güc tətbiq etmək məcburiyyətində qala bilər. Və yaxud analoji bir misalı diqqətinizə çatdırmaq istəyirəm ki, bəli, təxminən 30 il bundan əvvəl Yaponiya Azərbaycanda belə bir siyasət yürüdürdü ki, hər yapon dilini öyrənən Azərbaycan vətəndaşına 1000 dollar həcmində mükafat veriləcək.
Əlavə olaraq, digər ölkələrə baxaq, məsələn, Fransa, İtaliya, Almaniya kimi inkişaf etmiş ölkələr çalışırlar ki, başqa-başqa ölkələrdə onların dilinin, mədəniyyətinin, tarixinin öyrənildiyi məktəblər açılsın.
Azərbaycanda da Fransız məktəbi fəaliyyət göstərir. Azərbaycanda 300-dən çox rus məktəbləri fəaliyyət göstərir. Bütün bunların hamısı həmin o ideoloji siyasətə xidmət edən istiqamətlərdəndir”.
Elşad Abışov bildirir ki, Azərbaycan da inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr sırasındadır. Rusiyada da təxminən qeyri-rəsmi statistikaya görə 3 milyona qədər azərbaycanlı yaşayır. Bu mənada Rusiyada da necə ki, Rusiyanın Azərbaycan dilində məktəbləri fəaliyyət göstərir, o cümlədən də Rusiyada yaşayan azərbaycanlılar üçün də Azərbaycan dili məktəblər fəaliyyət göstərməlidir.
Və bu istiqamətdə bizim potensialımız hansı səviyyədədir?
Suala cavab olaraq dilçi qeyd edir ki, bunu açıq şəkildə etiraf eləmək olar ki, biz uzun tarixi dövrdə əcnəbi dilləri öyrənməklə məşğul olmuşuq. Yəni öz dilimizin hansısa bir ölkədə tədris olunması haqqında çox elə düşünməmişik:
“Bu mənada Rusiyada, o cümlədən də başqa ölkələrdə Azərbaycan dilinin öyrənilməsi ilə məşğul olan mütəxəssislər var, amma bu potensial hal-hazırda ürəkaçan vəziyyətdə deyil.
Yaxşı olardı ki, artıq azərbaycanlıların da başqa dilləri maraq öyrənməyə maraq göstərdikləri kimi, eyni zamanda da öz dilimizin, Azərbaycan dilinin digər ölkələrdə öyrədilməsi istiqamətində iş aparsın.
Əgər biz sosial şəbəkələrə diqqət yetirsək, görərik ki, rus dilinin öyrədilməsi, ingilis dilinin öyrədilməsi, fransız-alman dillərinin öyrədilməsi üçün nə qədər sadə vətəndaşlar, blogerlər mükəmməl gərgin iş aparırlar, çalışırlar ki, onların dilini əcnəbi ölkələrin nümayəndələri öyrənsinlər, mənimsəsinlər. Amma baxın, sosial şəbəkələrdə Azərbaycan dilinin öyrənilməsi istiqamətində nə qədər iş gedir?
Təbii ki, mən sosial şəbəkələri yaxından izləyən bir adam kimi deyə bilərəm ki, mən YouTube-da, o cümlədən də başqa sosial şəbəkələrdə Azərbaycan dilinin öyrənilməsi istiqamətində bir addıma rast gəlməmişəm. Yəni bir xalq olaraq, millət olaraq biz də inkişaf etmiş ölkələrdən örnək götürərək bu istiqamətdə iş aparsaq, gələcəkdə dilimizin inkişafı üçün, başqa ölkələrdə Azərbaycan dilinin öyrənilməsi istiqamətində uğurlu bir addıma imza atmış olarıq”,-deyə mütəxəssis fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
14:34 / 10 İyun 2026
9
14:30 / 10 İyun 2026
22
14:25 / 10 İyun 2026
23
14:25 / 10 İyun 2026
29
14:15 / 10 İyun 2026
36
14:14 / 10 İyun 2026
70
14:12 / 10 İyun 2026
35
13:55 / 10 İyun 2026
42
13:44 / 10 İyun 2026
62
13:35 / 10 İyun 2026
62
13:31 / 10 İyun 2026
59
13:27 / 10 İyun 2026
58
13:23 / 10 İyun 2026
454
13:15 / 10 İyun 2026
85
13:12 / 10 İyun 2026
70
12:54 / 10 İyun 2026
1362
12:52 / 10 İyun 2026
61
12:48 / 10 İyun 2026
84
12:43 / 10 İyun 2026
81
12:38 / 10 İyun 2026
74
12:29 / 10 İyun 2026
563
12:27 / 10 İyun 2026
261
12:19 / 10 İyun 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.