Ceyhun Bayramov Tokioda Azərbaycanın xarici siyasət prioritetləri barədə danışıb
10 İyun 2026, 16:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1040
20.04.2026, 11:34
Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.
Oxu24.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.
“Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.
Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.
Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
17:07 / 10 İyun 2026
2
16:36 / 10 İyun 2026
499
16:30 / 10 İyun 2026
72
16:30 / 10 İyun 2026
77
16:26 / 10 İyun 2026
50
16:25 / 10 İyun 2026
58
16:20 / 10 İyun 2026
50
16:16 / 10 İyun 2026
93
16:14 / 10 İyun 2026
57
16:13 / 10 İyun 2026
64
15:59 / 10 İyun 2026
94
15:50 / 10 İyun 2026
65
15:46 / 10 İyun 2026
82
15:43 / 10 İyun 2026
82
15:41 / 10 İyun 2026
611
15:41 / 10 İyun 2026
531
15:26 / 10 İyun 2026
148
15:18 / 10 İyun 2026
144
15:16 / 10 İyun 2026
71
15:15 / 10 İyun 2026
249
15:09 / 10 İyun 2026
189
15:05 / 10 İyun 2026
70
15:03 / 10 İyun 2026
273
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.