XİN açıqlama yaydı
07 May 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
403
17.04.2026, 20:45
Azərbaycan "D-8" təşkilatının proqramına, gündəliyinə və strateji baxışına ciddi və əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir.
Oxu24.com xəbər verir kibu sözləri "Report"un Türkiyə bürosuna təşkilatın Baş katibi Soheyl Mahmud bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulması təşkilatın fəaliyyətinə yeni dinamika və müsbət impuls gətirib:
"Bakı şəhərində müxtəlif sahələr üzrə – şəhərsalma, turizm, media və digər istiqamətlərdə mühüm məsələlər müzakirə olunur. Azərbaycan bu sahələrdə çox əhəmiyyətli töhfələr verib. Mən xüsusilə Azərbaycan rəhbərliyinə, başda Prezident İlham Əliyev olmaqla, dərin minnətdarlığımı bildirmək istəyirəm. Onun liderliyi sayəsində Azərbaycanın "D-8 Organization for Economic Cooperation"a üzvlük prosesi uğurla başa çatdırıldı və bu üzvlüyün əhəmiyyəti xüsusi vurğulandı".
O bildirib ki, "D-8"in genişlənməsi onu çox sevindirir:
"Ötən il Azərbaycan daha bir mühüm təşəbbüslə çıxış edərək üç "mükəmməllik mərkəzi"nin yaradılacağını elan edib: Bu mərkəzlər enerji, nəqliyyat və media sahələrini əhatə edəcək. Hər üç mərkəz Azərbaycanda yaradılacaq və təşkilatın bu əsas istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinə xidmət edəcək.
Həmçinin oxuyun
Biz də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcəyik".
"Eyni zamanda, Azərbaycan enerji sahəsinə dair digər nazirlər səviyyəsində görüşlərin təşkili istiqamətində də fəal işləyir. Bu tədbirlər yaxın aylarda və 2026-cı il ərzində keçiriləcək. Planlara əsasən, qeyd olunan mükəmməllik mərkəzləri də məhz 2026-cı il ərzində fəaliyyətə başlayacaq.
Biz üzv dövlətlərlə birlikdə Azərbaycanla sıx əməkdaşlıq edərək ortaq məqsədlərimizi irəli aparmağa hazırıq", - Baş katib əlavə edib.
Qeyd edək ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) hazırkı Baş katibi pakistanlı diplomat Soheyl Mahmuddur. O, 1 yanvar 2026-cı ildən bu postu tutur.
10:50 / 08 May 2026
6
10:37 / 08 May 2026
34
10:33 / 08 May 2026
36
10:29 / 08 May 2026
47
10:27 / 08 May 2026
38
10:24 / 08 May 2026
154
10:17 / 08 May 2026
46
10:05 / 08 May 2026
40
09:58 / 08 May 2026
42
09:57 / 08 May 2026
41
09:55 / 08 May 2026
379
09:23 / 08 May 2026
48
00:53 / 08 May 2026
343
00:49 / 08 May 2026
366
00:47 / 08 May 2026
381
00:37 / 08 May 2026
142
00:31 / 08 May 2026
184
00:25 / 08 May 2026
124
23:52 / 07 May 2026
271
23:27 / 07 May 2026
258
23:07 / 07 May 2026
374
22:49 / 07 May 2026
261
22:46 / 07 May 2026
896
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.