Putin Fidanla görüşüb
17 İyun 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
381
17.04.2026, 20:02
"Qafqazda sülh şəraitində yaşamağı öyrənirik".
Oxu24.com xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, biz Qafqazda sülh şəraitində yaşamağı öyrənirik. Bu, sadə səslənsə də, əslində, mürəkkəb və yeni bir prosesdir. Çünki Qafqaz uzun müddət sülh təcrübəsinə malik olmayıb. Bu gün isə bu hiss tamamilə yeni və dəyərli bir təcrübədir və onu qorumaq, praktik addımlarla möhkəmləndirmək vacibdir. Sülh yalnız müharibənin olmaması demək deyil, bu daha geniş anlayışdır və kompleks yanaşma tələb edir. Keçmişin çətinliklərini inkar etmək mümkün deyil, lakin biz artıq gələcəyə baxırıq. Bu yanaşma Azərbaycanın xarici siyasətində də özünü göstərir. Ölkə yalnız Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda çoxşaxəli geosiyasi kimliyini inkişaf etdirir. Bir tərəfdən Azərbaycan Cənubi Qafqaz ölkəsidir, digər tərəfdən isə Mərkəzi Asiya ilə etnik və mədəni bağlılıqlara malikdir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının bir hissəsidir. Bundan əlavə, Yaxın Şərqə yaxınlığı da ölkəyə əlavə geosiyasi imkanlar yaradır. Türkiyə–Azərbaycan–Suriya əməkdaşlığı bunun bariz nümunəsidir. Nəticə etibarilə, Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Azərbaycanın diplomatik cəsarəti nəticəsində regionda qısa müddətdə real, faktiki sülh əldə olunub. Müqayisə üçün qeyd edim ki, Avropada İkinci Dünya müharibəsindən sonra sülh razılaşmalarına gəlmək illər çəkdi. Ermənistan və Azərbaycan isə 2023-cü ildən sonra iki ildən az müddətdə praktik və praqmatik addımlarla real sülhə nail ola bilib”, - deyə Hikmət Hacıyev qeyd edib.
01:32 / 18 İyun 2026
104
00:29 / 18 İyun 2026
147
23:39 / 17 İyun 2026
264
23:17 / 17 İyun 2026
232
23:10 / 17 İyun 2026
220
22:30 / 17 İyun 2026
199
22:16 / 17 İyun 2026
140
21:52 / 17 İyun 2026
113
21:42 / 17 İyun 2026
137
21:18 / 17 İyun 2026
158
21:01 / 17 İyun 2026
124
20:51 / 17 İyun 2026
143
20:34 / 17 İyun 2026
110
20:23 / 17 İyun 2026
149
20:17 / 17 İyun 2026
299
19:54 / 17 İyun 2026
124
19:34 / 17 İyun 2026
153
19:29 / 17 İyun 2026
149
19:12 / 17 İyun 2026
180
18:53 / 17 İyun 2026
158
18:47 / 17 İyun 2026
122
18:29 / 17 İyun 2026
184
18:16 / 17 İyun 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.