Azərbaycanda məşhur generalın qızı saxlanıldı
12 Noyabr 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
546
17.04.2026, 19:03
Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür", - H.Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana idxal edilməyə başlayıb:
"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".
H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.
"ABŞ–İran gərginliyi, eləcə də Rusiya–Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən, biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.
10:05 / 12 Noyabr 2026
92
09:51 / 12 Noyabr 2026
51
09:48 / 12 Noyabr 2026
50
09:42 / 12 Noyabr 2026
73
09:36 / 12 Noyabr 2026
61
09:22 / 12 Noyabr 2026
476
08:13 / 12 Noyabr 2026
195
08:05 / 12 Noyabr 2026
44
07:20 / 12 Noyabr 2026
126
03:10 / 12 Noyabr 2026
150
01:25 / 12 Noyabr 2026
259
00:55 / 12 Noyabr 2026
239
00:43 / 12 Noyabr 2026
153
00:35 / 12 Noyabr 2026
446
00:33 / 12 Noyabr 2026
141
00:27 / 12 Noyabr 2026
161
00:24 / 12 Noyabr 2026
192
00:19 / 12 Noyabr 2026
187
00:17 / 12 Noyabr 2026
330
00:11 / 12 Noyabr 2026
177
23:54 / 11 Noyabr 2026
160
23:52 / 11 Noyabr 2026
160
23:50 / 11 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.