Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır
12 Noyabr 2026, 20:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3244
31.03.2026, 14:48
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin edilib.
Oxu24.com nazirliyə istinadən xəbər verir ki, nazir Sahil Babayevin imzaladığı əmrə əsasən, sözügedən vəzifə Fərid Baxşıyevə həvalə olunub.
O, 1977-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr və biznes inzibatçılığı üzrə magistr təhsili alıb.
Həmçinin, Böyük Britaniyanın Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
F.Baxşıyev əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayıb, sonrakı illərdə Azərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, "Azərbaycan Dəmir Yolları" QSC-də İnvestisiya şöbəsinin rəisi, KPMG Azərbaycan və digər özəl konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi ölkə Prezidentinin Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 30 dekabr 2025-ci il tarixli fərmanı ilə yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.
Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.
20:26 / 12 Noyabr 2026
1
20:14 / 12 Noyabr 2026
36
20:08 / 12 Noyabr 2026
51
20:05 / 12 Noyabr 2026
61
19:59 / 12 Noyabr 2026
46
19:49 / 12 Noyabr 2026
69
19:36 / 12 Noyabr 2026
81
19:31 / 12 Noyabr 2026
82
19:19 / 12 Noyabr 2026
93
19:15 / 12 Noyabr 2026
106
19:09 / 12 Noyabr 2026
84
19:03 / 12 Noyabr 2026
87
18:58 / 12 Noyabr 2026
94
18:50 / 12 Noyabr 2026
95
18:42 / 12 Noyabr 2026
996
18:40 / 12 Noyabr 2026
86
18:32 / 12 Noyabr 2026
356
18:28 / 12 Noyabr 2026
85
18:26 / 12 Noyabr 2026
102
18:16 / 12 Noyabr 2026
115
18:15 / 12 Noyabr 2026
103
18:07 / 12 Noyabr 2026
109
17:53 / 12 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.