“İran tamamilə məhv ediləcək, görəcəksiniz”
23 Mart 2026, 00:08
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
69
22.03.2026, 23:55
Ermənistanda kritik parlament seçkilərinə elə böyük zaman qalmadı. Yerli MSK-nın məlumatına görə, aprelin 13-də namizədlərin irəli sürülməsi başlayacaq və 10 gün sonra – aprelin 23-də mərhələ bitəcək. Ardınca təbliğat kampaniyası və iyunun 7-də səsvermə olacaq.
Seçkiləri yaxınlaşdıqca hakimiyyətlə radikal müxalifət arasında “söz dueli” də kəskinləşir. Artıq yəqinliklə söyləmək olar ki, İrəvanın Azərbaycan və Türkiyə ilə sülh gündəliyinə münasibət qonşu ölkədə həm seçici fəallığını və mövqeyini, həm də, ümumiyyətlə, kimin hansı qütbə mənsub olduğunu müəyyən edəcək əsas testə çevriləcək. Xüsusən də revanşist dairələr üçün. Hakimiyyətin yanaşması isə aşağı-yuxarı bəlli...
Bu arada baş nazir Nikol Paşinyan az öncə seçkilərdə iştirak qərarı vermiş keçmiş prezident, Xocalı hərbi canisi Robert Koçəryanı, həmçinin, rusiyalı oliqarx, hazırda ev dustaqlığında olan iş adamı Samvel Karapetyanı və hakimiyyətə qarşı blok yaratmış digər zəngin iş adamı Qaqik Tsarukyanı İrəvanla Bakı arasındakı sülh gündəliyini pozmaq planlarında ittiham edib.
Sitat: “Karapetyan, Koçaryan və Tsarukyanın rəhbərlik etdiyi qüvvələr Ermənistanla Azərbaycan arasında formalaşmış sülhə yenidən baxılması siyasətini rəhbər tuturlar. Bu isə o deməkdir ki, onlar müharibə qapısını açmaq yolunu tutublar”.
Sözünə davam edən Paşinyana görə, Rusiyaya bağlı bu qüvvələr Azərbaycanla danışıqlarının güc mövqeyindən aparılmasının zəruriliyindən danışırlar ki, bu da müharibəni qaçılmaz edəcək. Onun fikrincə, nəzəri baxımdan danışıqlar çərçivəsində əldə olunmuş bütün razılaşmaların məzmunu daha da yaxşılaşdırıla bilər, lakin məzmunun pisləşməsi ehtimalı da var. “Ən təhlükəlisi isə odur ki, məzmun tamamən dağıdıla və vəziyyətin inkişafı müharibəyə gətirib çıxara bilər,” – Paşinyan xəbərdarlıq edib.
Yəni, Baş nazir əslinə qalsa, bununla Ermənistanın sülh prosesinə sadiqliyinin və bu prosesdə vərəsəliyin təmin olunmasının zəruriliyinə diqqət yönəldib...
Paşinyanın yuxarıdakı açıqlaması, əlbəttə ki, yalnızca seçki təbliğatı naminə səslənən fikirlər deyil. Həqiqətən də bu təhlükə var. Və söhbət təkcə qarşıdakı parlament seçkilərindən də getmir, eyni zamanda, gözlənilən referendumda cəmiyyətin yetərli dəstəyini təmin eləməkdən gedir. Hansı ki, bir çox analitiklərə görə, asan olmaya bilər.
Həmçinin oxuyun
Bu isə ilk növbədə radikal revanşistlərin təmsil olunduğu müharibə partiyasını davamlı şəkildə cəmiyyətin gözündə ifşa edib gözdən salmaqdan keçir. Bunu radikallar da bilir. Odur ki, son vaxtlar hər yerdə və yeri gəldi-gəlmədi, iddia edirlər ki, guya onlar müharibə istəmir, sadəcə, Ermənistan üçün “ləyaqətli sülh” arzulayırlar. Paralel surətdə Paşinyanın guya rəsmi Bakının diktəsi ilə hərəkət etməkdə ittiham etməklə ona qarşı əks-təbliğat aparırlar.
Hərçənd, radikalların davranışları, ən mühümü, “ləyaqətli sülh” demaqogiyası üçün topluma təklif elədikləri yol açıq-aşkar “barıt qoxusu” verir. Çünki onlar Azərbaycana qarşı ərazi iddialarının yer aldığı indiki konstitusiyanın dəyişdirilməsi əleyhinə çıxır, uydurma “artsax” narrativini “diri” saxlamağa çalışır, mifik qurumun bayraq adlandırdıqları əski parçasını öz masalarında revanşizm simvolu kimi saxlayırlar.
Amma daha xəbərləri yoxdur ki, “dəvəquşu siyasəti” aparırlar. Axı özünü müharibə tərəfdarı kimi faş etməyin əlavə hansı dəlil-sübutu lazım ola bilər? Heç Paşinyanın ifşasına gərək yox. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının ləğvinə qarşı çıxmağın özü kifayətdir ki, istənilən qüvvə yerli ictimai və beynəlxalq rəydə müharibə partiyası kimi damğalansın.
O səbəbə erməni xalqı son dərəcə diqqətli olmalı, iyunun 7-də və referendum səsverməsində yeganə doğru seçimi etməlidir. Əks halda, "real Ermənistan" da mif olaraq qalacaq və simvolik dövlətçiliyini də itirəcək...
Musavat
01:01 / 23 Mart 2026
144
00:31 / 23 Mart 2026
223
00:29 / 23 Mart 2026
219
00:27 / 23 Mart 2026
242
00:08 / 23 Mart 2026
397
00:08 / 23 Mart 2026
64
23:57 / 22 Mart 2026
62
23:31 / 22 Mart 2026
98
23:28 / 22 Mart 2026
95
23:24 / 22 Mart 2026
839
23:19 / 22 Mart 2026
71
23:02 / 22 Mart 2026
115
23:00 / 22 Mart 2026
67
22:43 / 22 Mart 2026
91
22:36 / 22 Mart 2026
3003
22:31 / 22 Mart 2026
131
22:27 / 22 Mart 2026
75
22:23 / 22 Mart 2026
99
22:20 / 22 Mart 2026
61
21:58 / 22 Mart 2026
100
21:45 / 22 Mart 2026
1242
21:41 / 22 Mart 2026
364
21:39 / 22 Mart 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.