Prezidentdən bayram öncəsi XOŞ MÜJDƏ: FƏRMAN yanvarın 1-dən tətbiq edilir
19 Mart 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2531
19.03.2026, 19:31
Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, Fərmana əsasən, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:
Baş nazir 17160 manat
Baş nazirin birinci müavini 15950 manat
Baş nazirin müavini 14850 manat
nazir 13750 manat
digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13200 manat
nazirin birinci müavini 12650 manat
nazirin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin birinci müavini 12100 manat
Həmçinin oxuyun
digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11550 manat
Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib:
Bakı şəhəri 13200 manat
Gəncə və Sumqayıt şəhərləri 9900 manat
digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.
Müəyyən edilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun nəzərə alınmaqla, bu Fərmanda göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır.
Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulur.
Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
21:06 / 19 Mart 2026
1
20:59 / 19 Mart 2026
13
20:53 / 19 Mart 2026
317
20:40 / 19 Mart 2026
34
20:30 / 19 Mart 2026
113
20:19 / 19 Mart 2026
144
20:18 / 19 Mart 2026
40
20:14 / 19 Mart 2026
349
20:11 / 19 Mart 2026
169
20:03 / 19 Mart 2026
1190
20:00 / 19 Mart 2026
58
19:55 / 19 Mart 2026
112
19:53 / 19 Mart 2026
61
19:52 / 19 Mart 2026
124
19:51 / 19 Mart 2026
151
19:49 / 19 Mart 2026
99
19:48 / 19 Mart 2026
338
19:40 / 19 Mart 2026
435
19:30 / 19 Mart 2026
102
19:21 / 19 Mart 2026
64
19:18 / 19 Mart 2026
63
19:03 / 19 Mart 2026
76
18:43 / 19 Mart 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.