Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir"
10 İyun 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2478
19.03.2026, 18:29
Prezident İlham Əliyev əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
Oxu24.com bu barədə President.az-a istinadən xəbər verir.
Fərmanda deyilir:
1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 3.3-cü bəndi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.
2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs (bundan sonra - Agentlik) yaradılsın.
3. Müəyyən edilsin ki:
3.1. Agentlik Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərir;
3.2. Agentlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin (bundan sonra - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin (bundan sonra - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 3.3-cü və 3.4-cü bəndləri nəzərə alınmaqla) Agentliyə keçir;
3.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçir;
3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra - Sosial Xidmətlər Agentliyi) keçir;
3.5. Agentliyin nizamnamə fondu bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır;
3.6. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 (beş) üzvdən - sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti yaradılır;
3.7. Agentliyin fəaliyyəti dövlət büdcəsinin, icbari tibbi sığorta fondunun vəsaiti və nizamnaməsində müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.
4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. idarəetmə orqanlarının yaradılması;
4.1.3. yenidən təşkil və ləğv edilməsi;
4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.2.1. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
4.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:
4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
5.1.1. bu Fərmanın 1 - 3-cü hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
5.1.2. Agentliyin nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:
6.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu Fərmanın 7.1-ci bəndi nəzərə alınmaqla öz fəaliyyətini davam etdirsinlər;
6.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə olunması bu Fərmanın 7.1-ci bəndinə uyğun olaraq yaradılan komissiya tərəfindən həyata keçirilsin.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
7.1. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, həmin hissədə nəzərdə tutulan publik hüquqi şəxslərin təhvil-təslim işlərinin təşkili və Agentlik fəaliyyətə başlayanadək idarə edilməsi üçün rəhbəri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olmaqla komissiya yaradılmasını təmin etsin;
7.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin balansında olan əmlakın (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) Agentliyin balansına verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;
7.3. bu Fərmanın 3.4-cü bəndinə uyğun olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsini üç ay müddətində təmin etsin;
7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin dövlət qeydiyyatına alınması ilə bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş zəruri tədbirləri həyata keçirsin;
7.5. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
12:16 / 10 İyun 2026
1
12:13 / 10 İyun 2026
13
12:00 / 10 İyun 2026
38
11:52 / 10 İyun 2026
44
11:47 / 10 İyun 2026
131
11:41 / 10 İyun 2026
91
11:36 / 10 İyun 2026
76
11:32 / 10 İyun 2026
72
11:21 / 10 İyun 2026
72
11:13 / 10 İyun 2026
93
11:06 / 10 İyun 2026
456
11:01 / 10 İyun 2026
62
10:53 / 10 İyun 2026
61
10:50 / 10 İyun 2026
126
10:34 / 10 İyun 2026
95
10:32 / 10 İyun 2026
68
10:30 / 10 İyun 2026
78
10:24 / 10 İyun 2026
95
10:18 / 10 İyun 2026
75
10:16 / 10 İyun 2026
72
10:08 / 10 İyun 2026
884
10:02 / 10 İyun 2026
129
09:58 / 10 İyun 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.