Qaynar xətt:

(+99450) 247 90 86

Peskovdan sərt mesajlar:Kim əyilirsə, daha da əyiləcək

news/2026_01_25/peskovcu_1769347581.png

SİYASƏT

105

25.01.2026, 17:27

Dünya kəskin dəyişiklik mərhələsinə daxil olub və bu proses daha da dərinləşir. Qlobal siyasi nizam köklü transformasiya yaşayır.

Oxu24.com  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə verdiyi müsahibədə bildirib.

Peskovun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın istifadə etdiyi metodlar Rusiyanın müdafiə etdiyi çoxqütblü dünya konsepsiyası ilə tam uyğun gəlmir. Kreml rəsmisi vurğulayıb ki, Trampın sərt və basqıcı yanaşması, xüsusilə Avropa istiqamətində apardığı siyasət köhnə qitədə ciddi siyasi çaşqınlıq yaradıb.

Onun fikrincə, indiki Avropa siyasi elitası zəifdir və Trampın təzyiqlərinə qarşı dayanmaq gücündə deyil. Peskov bildirib ki, ABŞ ilə Avropa arasında yaranmış gərgin münasibətlər illərdir Avropada hökm sürən ikili standartlar və riyakarlığın məntiqi nəticəsidir.

Kremlin sözçüsü Trampın Fransa prezidenti Emmanuel Makronla yazışmalarını ictimailəşdirməsinin Avropada yaratdığı kəskin reaksiyaya da toxunub. O qeyd edib ki, Avropa bu addıma sərt reaksiya versə də, Makronun vaxtilə Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını dərc etməsinə eyni həssaslıq göstərilməmişdi. Bu isə, Peskovun fikrincə, Qərbdəki ikili standartların açıq göstəricisidir.

“Kim əyilirsə, daha da əyiləcək. Əsas məsələ Rusiyanın əyilməməsidir”, – deyə Peskov vurğulayıb. O əlavə edib ki, Moskva beynəlxalq münasibətlərdə bərabərhüquqlu dialoq, qarşılıqlı hörmət və real çoxqütblülük prinsipindən geri çəkilmək niyyətində deyil.(Musavat.com)