Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
21 Aprel 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
625
25.01.2026, 18:07
Duzlu kələm soyuq fəsillərdə bizi bir çox vitamin və minerallarla təmin edə bilər.
Duzlu kələmin tərkibində çoxlu miqdarda C vitamini var. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır, soyuqdəymə və qripp zamanı sağalmanı tezləşdirir.
Həmçinin duzlu kələmin tərkibində B6 vitamini var. Bu vitamin zülalın daha yaxşı mənimsəniləməsinə kömək edir ki, duzlu kələmi ət xörəkləri ilə birlikdə yemək çox yaxşıdır.
Duzlu kələm kalium, dəmir, maqnezium, sink kimi minerallarla zəngindir.
Duzlu kələmin tərkibində olan liflər həzm proseslərini və bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqları təmizləyir. Duzlu kələm təbii prebiotikdir. Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin çoxalmasını təmin edir. Bu isə disbakteriozun müalicəsində kömək edir. Qıcqırma prosesi nəticəsində çoxlu miqdarda südturşulu bakteriyalar əmələ gəlir. Məhz bu bakteriyalar bağırsaqların xeyirli mikroflorasını təşkil edir.
Duzlu kələm bir çox mədə-bağırsaq sistemi xəstəliklərinin profilaktikasıdır. Belə hesab olunur ki, duzlu kələm hətta bağırsaq xərçənginin qarşısını alır. Lakin mədə və 12 barmaq bağırsağı xorası, kəskin qastrit, mədəaltı vəzi, böyrək xəstəlikləri, hipertoniya zamanı duzlu kələmi yemək olmaz.
Həmçinin oxuyun
Duzlu kələm arıqlamağa da kömək edir. Bunun səbəbi duzlu kələmin insanda tez bir zamanda toxluq hissi yaratmaqdır. Həmçinin duzlu kələmin tərkibində olan maddələr piylərin orqanizmdə daha tez parçalanmasını təmin edir.
Xalq təbabətində duzlu kələm və onun şirəsi müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Belə ki, duzlu kələmin suyu keçmişdə qurdqovucu, immuniteti möhkəmləndirən, iltihabəleyhinə vasitə kimi istifadə olunurdu. Duzlu kələm və onun suyu xalq təbabətində kişilərdə potensiyanı artıran vasitə kimi tanınır.
Duzlu kələm qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır.
Həkimlər həftədə 2-3 dəfə duzlu kələmdən hazırlanan salatları yeməyi tövsiyə edir. Belə salatlara göy-göyərti, istənilən tərəvəzlər və zeytun yağı əlavə olunur.
Duzlu kələm dedikdə biz ölkəmizdə "molokan kələmi" kimi tanınan kələmi nəzərdə tuturuq.
17:30 / 21 Aprel 2026
8
17:25 / 21 Aprel 2026
76
17:23 / 21 Aprel 2026
22
17:20 / 21 Aprel 2026
20
17:05 / 21 Aprel 2026
33
16:55 / 21 Aprel 2026
34
16:42 / 21 Aprel 2026
345
16:36 / 21 Aprel 2026
56
16:24 / 21 Aprel 2026
148
16:23 / 21 Aprel 2026
46
16:21 / 21 Aprel 2026
115
16:07 / 21 Aprel 2026
53
15:57 / 21 Aprel 2026
84
15:51 / 21 Aprel 2026
341
15:47 / 21 Aprel 2026
48
15:37 / 21 Aprel 2026
89
15:31 / 21 Aprel 2026
135
15:26 / 21 Aprel 2026
156
15:12 / 21 Aprel 2026
287
15:10 / 21 Aprel 2026
70
14:56 / 21 Aprel 2026
162
14:53 / 21 Aprel 2026
75
14:51 / 21 Aprel 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.