Tramp ABŞ-nin Kuba ilə “məşğul olacağını” bəyan etdi
10 May 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
703
25.01.2026, 20:55
Danimarkalı alimlər diş çürüməsinin qarşısını alan təbii üsul kəşf ediblər.
Oxu24.com xəbər verir ki, bu barədə “Science Daily” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Bildirilib ki, Orxus Universitetinin tədqiqatçıları təbii amin turşusu olan argininin dişlərdə çürümə və daş əmələ gəlməsi riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən ediblər. Araşdırma aktiv diş çürüməsi olan xəstələr üzərində aparılan sınaqlara əsaslanıb.
Məlumata görə, təcrübə zamanı xüsusi hazırlanmış protezlərin bir tərəfi arginin məhlulu, digər tərəfi isə adi su ilə təmizlənib. Cəmi 4 gündən sonra aparılan analizlər göstərib ki, argininlə işlənən sahələrdə turşuluq səviyyəsi kəskin şəkildə aşağı düşüb.
Qeyd olunub ki, arginin diş lövhəsindəki zərərli bakteriyaların sayını azaldır, eyni zamanda ağız boşluğundakı turşu mühitini neytrallaşdıran faydalı mikroorqanizmlərin inkişafına kömək edir.
Tədqiqatın rəhbərlərindən olan Yumi Del Rey qeyd edib ki, arginin təbii olaraq insan tüpürcəyində mövcuddur və ət, balıq, süd məhsulları, qoz-fındıq kimi qidalarda bol miqdarda tapılır. Bu kəşf gələcəkdə daha effektiv diş məcunlarının və ağız yaxalayıcılarının hazırlanmasına yol aça bilər.
Xatırladaq ki, bir müddət əvvəl aparılan digər araşdırmalar sarımsaq ekstraktının da diş çürüklərinə qarşı effektiv müdafiə təmin etdiyini ortaya qoymuşdu.(Qafqazinfo.az)
22:48 / 10 May 2026
39
22:27 / 10 May 2026
40
22:27 / 10 May 2026
43
22:12 / 10 May 2026
51
21:24 / 10 May 2026
232
21:21 / 10 May 2026
56
21:17 / 10 May 2026
59
21:09 / 10 May 2026
57
21:01 / 10 May 2026
67
20:36 / 10 May 2026
60
20:00 / 10 May 2026
70
19:36 / 10 May 2026
71
18:54 / 10 May 2026
311
18:31 / 10 May 2026
81
17:59 / 10 May 2026
168
17:51 / 10 May 2026
85
17:49 / 10 May 2026
168
17:37 / 10 May 2026
95
17:29 / 10 May 2026
431
17:19 / 10 May 2026
230
14:29 / 10 May 2026
110
14:25 / 10 May 2026
109
12:25 / 10 May 2026
945
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.