Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
967
25.01.2026, 19:18
ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə keçirilən görüş diqqətçəkən məqamlarla yadda qalıb.
Oxu24.com-un məlumatına görə, yanvarın 23-nə keçən gecə baş tutan və təxminən dörd saat davam edən qapalı danışıqlarda ABŞ nümayəndə heyətinin üzvləri – Cared Kuşner və Ağ Evin müşaviri Coş Qruenbaumun üzərində daşıdığı aksesuarlar maraq doğurub.
Oxu24.com “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinin yaydığı kadrlarda amerikalı rəsmilərin biləklərində taxdıqları qeyri-adi cihazlar diqqətdən qaçmayıb və müzakirələrə səbəb olub.
Bildirilib ki, həmin qurğular stress səviyyəsini, ürək ritmini və yuxu mərhələlərini izləyən müasir “smart” texnologiyalardır. Bu isə ABŞ nümayəndələrinin gərgin və mühüm danışıqlar zamanı öz fiziki və emosional durumlarını nəzarətdə saxladıqlarını göstərir.
Bununla yanaşı, Cared Kuşnerin biləyində uğur simvolu sayılan qırmızı sapın da kameralara düşdüyü qeyd olunub. Jurnalistin sözlərinə görə, müzakirə edilən məsələlərin ciddi olmasına baxmayaraq, amerikalı nümayəndələr sakit və rahat təsir bağışlayıb, hətta gülümsəyərək zarafat ediblər.
Qeyd edək ki, görüş zamanı Ukrayna böhranının həlli ilə bağlı “Alyaska formulu”, eləcə də Rusiyaya məxsus dondurulmuş aktivlərin bir hissəsinin Trampın təşəbbüsü olan “Sülh Şurası”na yönləndirilməsi kimi mühüm strateji mövzular müzakirə edilib.
13:50 / 14 Noyabr 2026
1
13:48 / 14 Noyabr 2026
15
13:16 / 14 Noyabr 2026
16
13:03 / 14 Noyabr 2026
58
12:49 / 14 Noyabr 2026
82
12:25 / 14 Noyabr 2026
91
12:09 / 14 Noyabr 2026
108
11:58 / 14 Noyabr 2026
108
11:50 / 14 Noyabr 2026
90
11:39 / 14 Noyabr 2026
92
11:32 / 14 Noyabr 2026
103
11:19 / 14 Noyabr 2026
109
11:09 / 14 Noyabr 2026
107
11:00 / 14 Noyabr 2026
123
10:58 / 14 Noyabr 2026
114
10:46 / 14 Noyabr 2026
121
10:36 / 14 Noyabr 2026
113
10:17 / 14 Noyabr 2026
103
09:59 / 14 Noyabr 2026
123
09:46 / 14 Noyabr 2026
130
09:30 / 14 Noyabr 2026
119
09:29 / 14 Noyabr 2026
146
09:23 / 14 Noyabr 2026
302
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.