Qaynar xətt:

(+99450) 247 90 86

Gərginlik: ABŞ təyyarələri Rusiya sərhədində...

Gərginlik: ABŞ təyyarələri Rusiya sərhədində...

SİYASƏT

1563

06.05.2018, 15:08

\"\" ABŞ-ın 2 hərbi təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.
Oxu24.com axar.az-a istinadən bildirir ki, bu barədə \"Mil Radar\"ın hərbi aviasiya uçuşlarına dair apardığı monitorinq nəticəsində məlum olub. Britaniyanın Mildenholl bazasından havaya qalxan RC-135V elektron kəşfiyyat təyyarəsi Baltik dənizi və Polşa ərazisində, Kalininqrad vilayətinin yaxınlığında uçuş həyata keçirib. Estoniyanın Emari aviabazasından havaya qalxan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus digər təyyarə Boinq-8A Poseydon da həmçinin demək olar ki, eyni ərazidə kəşfiyyat aparıb.