Zaur Şükürov: “Azərbaycanın dövlətçilik iradəsi sarsılmazdır”
27 May 2026, 17:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
777
24.09.2025, 11:25
Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri barədə iddia yayılıb.
Oxu24.com xəbər verir ki, bu haqda Ermənistanın “Respublika naminə” partiyasının lideri Arman Babacanyan ölkəsinin “Civic.am” portalına müsahibəsində danışıb.
Bildirilib ki, liderlərin səfəri İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak üçün nəzərdə tutulub. Babacanyanın sözlərinə görə, eyni zamanda ABŞ Prezidenti Donald Trampın da tədbirə dəvət edilməsi istiqamətində diplomatik səylər aparılır.
Partiya lideri qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı dialoqun və regionda dinc münasibətlərin möhkəmləndirilməsi yolunda vacib addım olacaq.
Sözügedən iddiaya Türkiyə mediasında da rast gəlmək olar. Belə ki, “Türkiye Gazetesi” həmin xəbəri dərc edərək “Azərbaycan və Ermənistan arasında II Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs və sülh razılaşmasının ardından Bakı-İrəvan xəttində buzlar əriməyə davam edir” şərhini verib.
Məlumat üçün bildirək ki, Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin oktyabr ayında Kopenhagendə baş tutacaq. 2026-cı ildə isə birliyin sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.
Xatırladaq ki, avqustun 7-8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsi paraflanıb.
17:19 / 27 May 2026
1
17:16 / 27 May 2026
14
17:14 / 27 May 2026
17
17:02 / 27 May 2026
50
17:00 / 27 May 2026
53
16:55 / 27 May 2026
42
16:45 / 27 May 2026
417
16:41 / 27 May 2026
54
16:34 / 27 May 2026
67
16:30 / 27 May 2026
63
16:23 / 27 May 2026
154
16:22 / 27 May 2026
60
16:20 / 27 May 2026
122
16:00 / 27 May 2026
58
15:54 / 27 May 2026
80
15:30 / 27 May 2026
65
15:24 / 27 May 2026
83
15:19 / 27 May 2026
122
15:13 / 27 May 2026
69
15:10 / 27 May 2026
78
15:01 / 27 May 2026
161
14:38 / 27 May 2026
264
14:25 / 27 May 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.